Bir küçədə iki dövlət - Dünyanın ən qəribə 5 sərhədi
14 Noyabr 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
813
28.11.2025, 22:38
İtaliyada bir kişi anasının cəsədini gizlətməkdə və özünü anası kimi göstərərək pensiyasını almağa çalışmaqda ittiham olunur.
Oxu24.com NTV-yə istinadla xəbər verir ki, qəribə dələduzluq hadisəsi Mantua şəhərinin şimalındakı Borqo Virgilioda yaşanıb.
Belə ki, 56 yaşlı kişinin 2022-ci ildə anasının ölümünü hakimiyyət orqanlarına bildirmədiyi, pensiyasını almağa davam etdiyi bildirilir.
Deyilənə görə, o, anasının saç düzümünü təqlid edən parik taxıb, makiyaj edib, zərgərlik taxıb və yaşlı qadın kimi gəzməyə çalışıb.
Adı açıqlanmayan şəxsin pensiyanı almağa davam etmək üçün şəxsiyyət vəsiqəsini yeniləməyə çalışıb. Bu zaman bələdiyyə işçisi kişinin boynunun "çox qalın" olduğunu və əllərindəki qırışların 85 yaşlı bir qadının əllərinə bənzəmədiyini görərəkvəziyyəti administratorlara bildirib. Onlar isə polisə məlumat veriblər.
Daha sonra polis kişinin evinə gedib və yaşlı qadının cəsədini camaşırxanada aşkarlayıb.
Borqo Virgilio meri Fransesko Aporti kişinin əməllərindən danışarkən deyib:
“O, dodaq boyası, dırnaq boyası çəkir, zərgərlik əşyaları və köhnə dəbli sırğalar, tünd qəhvəyi parik taxırdı. Qadın kimi danışmağa çalışırdı, amma bəzən kişi səsi çıxarırdı".
Məlumata görə, işsiz tibb qardaşı olan kişi anasının maaşından və sahib olduğu üç əmlakdan ildə təxminən 53 min avro qazanıb.
Qeyd edək ki, İtaliyada oxşar hallar daha əvvəllər də yaşanıb. 2023-cü ildə Veronada bir kişi anasının cəsədini 5 il evində gizlətməklə maaşını almağa davam etmişdi. Elə həmin il Apuliyadakı başqa bir kişinin atasının cəsədini 10 il evində gizlətdiyi aşkar edilmişdi.
Olke.az
21:07 / 15 Noyabr 2026
68
20:58 / 15 Noyabr 2026
124
20:55 / 15 Noyabr 2026
61
20:44 / 15 Noyabr 2026
123
20:39 / 15 Noyabr 2026
73
20:30 / 15 Noyabr 2026
87
20:09 / 15 Noyabr 2026
281
19:51 / 15 Noyabr 2026
308
19:37 / 15 Noyabr 2026
105
19:17 / 15 Noyabr 2026
116
19:09 / 15 Noyabr 2026
108
18:40 / 15 Noyabr 2026
123
18:05 / 15 Noyabr 2026
143
17:53 / 15 Noyabr 2026
1874
17:43 / 15 Noyabr 2026
758
17:16 / 15 Noyabr 2026
640
17:12 / 15 Noyabr 2026
3537
17:09 / 15 Noyabr 2026
119
15:50 / 15 Noyabr 2026
131
15:25 / 15 Noyabr 2026
167
15:15 / 15 Noyabr 2026
150
14:47 / 15 Noyabr 2026
214
14:34 / 15 Noyabr 2026
422
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.