Hava hücumundan müdafiə sistemləri arasında Rusiya istehsalı olan “S-300” və “S-400” raketləri qabaqcıl yer tutur.
Lakin indi bizi cəlb edən, bu raketlərin digər müasirləri ilə müqayisədə sahib olduğu üstünlükləri deyil. Sən demə, bu silahların ərsəyə gəlməsində azərbaycanlı, texnika elmleri doktoru İqor Aşurbəylinin də əməyi var imiş.
TANITIM:
İqor Aşurbəyli 1963-cü il sentyabr ayının 9-da Bakıda anadan olub. Atası Rauf, anasının adı isə Yelizavetadır. Aşurbəyli 1980-ci ildə bir sıra fənlərin ingilis dilində tədris olunduğu 27 nömrəli xüsusi orta məktəbi qızıl medalla bitirib. O, 1985-ci ildə isə Azərbaycan Sənaye İnsitutunun diplomuna sahib olub. Aşurbəyli Azərbaycanlı alim Rafiq Əliyevin aspirantı olub. O, Rafiq Əliyevin rəhbərliyi altında 1992-ci ildə Azərbaycan Sənaye İnsitutunda öz namizədlik işini müdafiə edib. Elmi işinin mövzusu "D-Mərkəzləşdirilmiş sistemlərin qurulma prinsipləri" olub.
Rusiya Hava Hücumundan Müdafiə Sistemləri Konserninin İdarədənkənar Ekspert Şurasının həmsədri işləyən Aşurbəyli, 2001-2011-ci illərdə "Almaz-Antey" konstruktor bürosunun rəhbəri postunda çalışıb. Onun direktoru olduğu "Almaz" korporasiyası müasir Rusiyanın havadan müdafiə sisteminin qalxanı sayılan “S-300” və “S-400” raketlərinin istehsalı ilə məşhurlaşıb.
İqor Rauf oğlu Aşurbəyli bir çox mükafatların, o cümlədən, “Şərəf” ordeni, “Rusiya iqtisadiyyatının lideri” milli mükafatının, "İlin adamı” milli mükafatının və digər xatirə medallarının laureatıdır. Hətta ruslar onun barəsində film də çəkib.
Oxu24.com
ŞƏRHLƏR