İstirahət üçün Qubaya üz tutan vətəndaş Fuad Məmmədov "Retro" oteldə xoşagəlməz mənzərə ilə qarşılaşıb.
Oxu24.com xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat paylaşıb.
F. Məmmədov onun üçün ayrılmış otaqda çarpayı əvəzinə, matrasdan düzəldilmiş "yataq" görüb:
"Otellə əlaqə saxlayıb otağı bron elədim. Gedib ödənişi etdikdən sonra, əşyaları qoyub oteldən çıxdım. Heç nəyə də fikir vermədim. Çünki burda bir neçə dəfə olmuşdum. Qayıdanda gördüm ki, çarpayı əvəzinə matras qoyublar.
Ya otağı dəyişdirmələrini, ya da pulumu qaytarmalarını tələb etsəm də, otel təmsilçiləri ödənişdən 1 saat keçdiyi üçün pulu sistemə vurduqlarını və qaytara bilməyəcəklərini bildirdilər. Başqa boş otaq da yox idi".
Əməkdaşımız məsələ ilə bağlı sözügedən otellə əlaqə saxlayıb. Fotolarla tanış olan otel nümayəndəsi xoşagəlməz mənzərəni şərh etməkdən boyun qaçırıb. O, bu barədə danışmaq istəmədiyini bildirib.
Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi BƏYƏNİN
Oxu24.com
ŞƏRHLƏR