Bakıda peyda olan "qızılı adamlar" kimlərdir? - VİDEO
14 İyul 2025, 19:23
Qaynar xətt:
(+99450) 247 90 86“Təkbuynuzlu at”la bağlı maraqlı faktlar
MARAQLI
1161
14.05.2025, 21:33
Son dərəcə nadir olan “Asiya təkbuynuzlu atı” - saolanın genomu ilk dəfə olaraq xəritələnib. Yeni tədqiqat kritik təhlükə altında olan növlərin xilas edilməsinə kömək edə bilər
Oxu24.com xəbər verir ki, ilk dəfə 1992-ci ildə tanınan saola (Pseudoryx nghetinhensis) ən son kəşf edilmiş iri məməli növüdür.
Vyetnam və Laosun dağlıq meşələrində yaşayan bu inək növü buynuzlarına və nadirliyinə görə “Asiya təkbuynuzlu atı” kimi tanınır.
Beynəlxalq Təbiəti və Təbii Sərvətləri Mühafizə İttifaqının (IUCN) məlumatına görə, nəsli kəsilməkdə olan bu növün 100-dən az fərdinin qaldığı təxmin edilir. Üstəlik, sonuncu dəfə 2013-cü ildə görülməsi onun artıq nəsli kəsilmiş ola biləcəyi ehtimalını artırır.
Beynəlxalq tədqiqatçılar qrupu ovçuların evlərindən toplanmış saola qalıqlarının fraqmentlərini təhlil edərək 26 saolanın tam genomunun xəritəsini hazırlayıb.
Nəticələri “Cell” jurnalında dərc edilən araşdırma saolanın 5000-20000 il əvvəl iki fərqli populyasiyaya bölündüyünü müəyyən edib.
“Saolanın ciddi genetik fərqlərlə iki populyasiyaya bölündüyünü görəndə təəccübləndik. Bu, əvvəllər məlum deyildi, genetik məlumatmız yox idi. Bu, önəmli bir nəticədir, çünki növün genetik variasiyasının necə paylanmasına təsir göstərir”, - araşdırmanın aparıcı müəllifi Genis Qarsiya Erill deyir.
Elm adamları həmçinin son Buz dövründən bəri hər iki populyasiyanın azaldığını aşkar ediblər. Komanda hesab edir ki, saolanın ümumi populyasiyası 10 000 il ərzində heç vaxt 5000-dən yuxarı qalxmayıb. Bu, o deməkdir ki, hər iki qrup genetik müxtəlifliyi itirib. Amma hər biri öz genetik kodunun müxtəlif hissələrini itirib. Tədqiqatçıların fikrincə, bu, onların məhv olmaqdan xilas edilməsində mühüm rol oynaya bilər.
Həmçinin oxuyun
Qarsiya Erill qeyd edir: “Bir populyasiyada itirilən genetik variasiya digərində tamamlanır. Beləliklə, onları qarışdırsaq, digərindəki çatışmazlıq aradan qaldırıla bilər”.
Alimlər saolanın salamat qalmasını təmin etmək üçün heyvanların cütləşmələrinə imkan verəcək proqram üzərində işləyirlər. Komandanın hesablamalarına görə, belə bir proqram tükənmə riskinin ən effektiv həllini təklif edir.
Araşdırmanın müəllifi Rasmus Heller deyir:
“Gələcək populyasiyanın əsasını təşkil etmək üçün ən azı onlarla saolanı (ideal olaraq hər iki populyasiyanın qarışığı) bir araya gətirə bilsək, modellərimiz bu növün uzunmüddətli salamat qalma şansının yüksək olacağını göstərir”.
Sonuncu dəfə 2013-cü ildə görülən bir növün 12 üzvünü tapmaq çətin məsələdir. Ancaq tədqiqatçılar yeni araşdırmanın bu problemi həll edə biləcəyinə inanırlar. Saolanın genetik xəritəsinin yaradılması daha əhatəli axtarış səylərinə yol aça bilər.
Məqalənin müəlliflərindən biri Min Duk Li əlavə edir:
“Bir çox tədqiqatçılar suda, hətta eyni mühitdə yaşayan qaniçənlər olan zəlilərdə saolanın DNT izlərini tapmağa çalışsalar da, tapmadılar. Bütün bu üsullar kiçik DNT hissələrinin aşkarlanmasına əsaslanır, amma indi biz bütün saola genomunu bildiyimiz üçün bu parçaları tapmaq üçün daha böyük bir kitabçamız var”.(teleqraf)
00:44 / 18 İyul 2025
Azərbaycanlı reper həbs edildi
19
23:49 / 17 İyul 2025
Azərbaycanlı futbolçu faciəvi şəkildə öldü - FOTO
61
22:59 / 17 İyul 2025
Batma təhlükəsi ilə üzləşən yeniyetmələr belə xilas edildi - VİDEO
36
21:29 / 17 İyul 2025
Azərbaycanlı müğənni vəfat etdi - FOTO
66
17:10 / 17 İyul 2025
Belçika İsrailə hərbi tədarükünü dayandırıb
97
16:59 / 17 İyul 2025
ABŞ Ukrayna naminə Patriotların İsveçrəyə çatdırılmasını təxirə salıb
98
16:50 / 17 İyul 2025
Ukraynaya bir milyona yaxın sursat verildi
106
16:43 / 17 İyul 2025
Bakıda 3 prokuror işdən çıxarıldı
943
16:21 / 17 İyul 2025
Bakı şəhər prokurorluğunun 2025-ci ilin I yarımilinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib
107
16:10 / 17 İyul 2025
Hindistanlı astronavt kosmosa gedəcək
95
15:35 / 17 İyul 2025
Gürcüstan vətəndaşları Avropadan qovulub
110
15:31 / 17 İyul 2025
Suriya hökumət qüvvələri ölkənin cənubunu tərk edir
111
15:25 / 17 İyul 2025
Dilqəm Məhərrəmov lisenziyası olmadığı halda Aysunu necə əməliyyat edib?
592
15:20 / 17 İyul 2025
ABŞ İqtisadiyyatının İnflyasiya Şoku ilə üzləşəcəyi proqnozlaşdırılır
116
15:19 / 17 İyul 2025
Əməkdar incəsənət xadimi vəfat etdi - FOTO
634
15:13 / 17 İyul 2025
İranın hava məkanı 24 saat beynəlxalq tranzit uçuşlar üçün açılıb
110
15:10 / 17 İyul 2025
Hindistan Rusiyanı kimə dəyişəcək?
107
15:05 / 17 İyul 2025
Şoyqu Suvorovdan sitat gətirir və Avropanı hədələyir
114
15:04 / 17 İyul 2025
Polşanın Xarici İşlər Naziri Vinnitsadakı Polşa zavoduna hücumla bağlı isterik deyib
116
14:41 / 17 İyul 2025
Zelenski Ukraynanın ABŞ-dakı səfiri postuna namizədinin adını açıqlayıb
124
14:38 / 17 İyul 2025
Baydenin İran planı üzə çıxdı
122
14:29 / 17 İyul 2025
Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı hansı planı var?
125
14:19 / 17 İyul 2025
Baş prokurordan yeni TƏYİNATLAR
895
14:17 / 17 İyul 2025
Kreml Trampın ultimatumunu şərh edib
126
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.