TDT-nin Baş katibindən Azərbaycana DƏSTƏK MESAJI
26 Fevral 2025, 09:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
911
09.02.2020, 16:13
Hamı bilir ki, qadının ana olmasının bioloji müddəti var. Bəs kişinin ata olmaq üçün bioloji vaxtı varmı? Mütəxəssislər deyirlər ki, kişilərdə qocalma ilə reproduktiv funksiyaların azalması və sperma keyfiyyətinin azalması baş verir. Belə olan halda ata olmaq üçün ideal yaş nədir?
Oxu24.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, uroloq və androloq Emre Bakırcıoğlu bu barədə əhəmiyyətli məlumatlar verib.
Ekspertin sözlərinə görə, xaricdə sperma bankları 50 yaşdan yuxarı kişilərdən sperma qəbul etmir. Bunun səbəbi sperma keyfiyyətinin yaşla birlikdə aşağı düşməsi ilə əlaqədardır.
Beləliklə, kişilər yaşlandıqca onlarda funksional olaraq hansı dəyişikliklər baş verir?
40 yaşdan yuxarı testosteron səviyyəsi ildə 1 faiz azalır.
Sperma miqdarı qismən eyni səviyyədə davam edə bilər.
İl ərzində sperma hərəkətliliyi azalır.
Həmçinin oxuyun
Sperma keyfiyyəti azalır.
"Bu dəyişikliklərdən başqa, yaşla əlaqədar ereksiya problemi, cinsi əlaqənin tezliyinin azalması kimi digər amillər özünü göstərir. Normal bir insanda hər ürək döyüntüsü ilə 1000 sperma ifraz edildiyi halda, bu keyfiyyət yaşla bərabər azalır. Sperma xromosom anormallıqları artmağa başlayır, xüsusən cinsiyyət xromosomu X və Y xromosoma anomaliyaları artır. Uşaqlarda XXY Klinefelter sindromu və ya XYY sindromunun tezliyi artır. Tək gen xəstəliklərində artım görülür. Bu xəstəliklər nadirdir, lakin uşaqlarda ağır anadangəlmə xəstəliklərə səbəb ola bilər" , - deyə həkim qeyd edib.
Kişinin yaşı hamiləliyə necə təsir edir?
50 yaşdan aşağı kişilərə nisbətən iki dəfə hamiləliyin pozulması riski yüksəkdir.
Erkən doğuş ehtimalı və uşaq ölümünün 2 dəfə artması.
"Döllənmə və hamiləlik baş verərsə, kişinin yaşı hamiləliyə mənfi təsir göstərir. Daha da önəmlisi son illərdə aparılan araşdırmalar göstərib ki, şizofreniya (5 qat), autizm (4 qat), bipolyar pozğunluqlar (2 qat) və diqqət çatışmazlığı kimi bəzi koqnitiv pozğunluqlar yaşlı ataların uşaqlarında daha çox rast gəlinir.
Əlbəttə ki, 40 yaşına çatmadan uşaq sahibi olmaq üçün daha istəkli olmaq lazımdır. Kişilərin bioloji saatı olduğunu bilməliyik və 40 yaşlarını gözləmədən uşaq sahibi olmağı məsləhət görürük. Risk, ümumiyyətlə, çox yüksək olmasa da, gənc kişilərlə müqayisədə bu riskin artdığı göz qabağındadır. Bu gün aparılan araşdırmalar göstərir ki, kişilərdə sperma keyfiyyətinin aşağı olması bir çox xəstəliklərə səbəb olur", deyə mütəxəssis əlavə edib.
23:43 / 23 Aprel 2026
23
23:30 / 23 Aprel 2026
45
23:16 / 23 Aprel 2026
44
22:57 / 23 Aprel 2026
45
22:45 / 23 Aprel 2026
53
22:34 / 23 Aprel 2026
46
22:14 / 23 Aprel 2026
518
22:09 / 23 Aprel 2026
69
22:03 / 23 Aprel 2026
47
21:58 / 23 Aprel 2026
45
21:55 / 23 Aprel 2026
41
21:53 / 23 Aprel 2026
119
21:51 / 23 Aprel 2026
219
21:45 / 23 Aprel 2026
78
21:39 / 23 Aprel 2026
72
21:37 / 23 Aprel 2026
798
21:27 / 23 Aprel 2026
194
21:16 / 23 Aprel 2026
210
21:00 / 23 Aprel 2026
234
20:34 / 23 Aprel 2026
215
20:26 / 23 Aprel 2026
136
20:00 / 23 Aprel 2026
101
19:49 / 23 Aprel 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.