TDT-nin Baş katibindən Azərbaycana DƏSTƏK MESAJI
26 Fevral 2025, 09:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
292
25.09.2024, 22:11
Xəbər verdiyimiz kimi, Sevinc Həsənova Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri təyin edilib.
OXU24.COM bildirir ki, Sevinc Həsənova 1971-ci ildə anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Maliyyə və kredit fakultəsini bitirib. Əmək fəaliyyətinə 1993-cü ildə Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsində iqtisadçı kimi başlayıb.
1993-2006-cı illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsi və Baş Dövlət Xəzinədarlığında iqtisadçı, baş iqtisadçı, şöbə müdiri vəzifələrində çalışıb, Nazirliyin Makroiqtisadi Siyasət Qrupunun üzvü olub, beynəlxalq təşkilatların dövlət investisiyaları, inkişafın proqramlaşdırılması üzrə layihələrində iştirak edib.
Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə 2008-ci ildə makroiqtisadi çərçıvənin müəyyən olunması üzrə komissiyanın sədri olub.
13 mart 2014-cü ildə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı ildə isə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.
O, 2023-cü ilin noyabrında iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad olunub.
00:59 / 21 May 2026
1
00:33 / 21 May 2026
30
23:47 / 20 May 2026
62
23:36 / 20 May 2026
52
23:16 / 20 May 2026
181
22:52 / 20 May 2026
154
22:49 / 20 May 2026
58
22:39 / 20 May 2026
69
22:28 / 20 May 2026
64
22:25 / 20 May 2026
56
22:19 / 20 May 2026
64
22:14 / 20 May 2026
158
22:10 / 20 May 2026
212
22:08 / 20 May 2026
254
22:05 / 20 May 2026
62
22:03 / 20 May 2026
83
22:02 / 20 May 2026
69
22:00 / 20 May 2026
64
21:57 / 20 May 2026
59
21:53 / 20 May 2026
74
21:52 / 20 May 2026
585
21:42 / 20 May 2026
254
21:39 / 20 May 2026
60
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.