TDT-nin Baş katibindən Azərbaycana DƏSTƏK MESAJI
26 Fevral 2025, 09:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
273
14.09.2024, 17:48
Rusiya baş nazirinin müavini Aleksey Overçuk və onun erməni həmkarı Mqer Qriqoryan arasında görüş 5 saat davam edib və bu görüşdə ikitərəfli gündəm ətraflı müzakirə olunub.
OXU24.COM xəbər verir ki, Overçuk bu barədə jurnalistlərə bildirib.
“Görüşün müddəti onu deməyə əsas verir ki, bizim çoxlu müştərək işlərimiz var, nəqliyyat kommunikasiyaları və qarşılıqlı ticarət, humanitar əməkdaşlıq, turizm və aviasiya məsələləri müzakirə olunub”, - deyə Overçuk qeyd edib.
O xatırladıb ki, 2023-cü ildə Ermənistana 1 milyona yaxın rusiyalı turist gəlib və bu istiqamət ruslar arasında böyük tələbatdır.
“Xalqımız bura gəlməyi sevir, burada həmişə erməni xalqının dostluğunu və hərarətini hiss edir, ona görə də biz ölkələrimiz arasında bu əlaqələri gücləndirmək üçün mümkün olan hər şeyi edəcəyik”, - Rusiya baş nazirinin müavini əlavə edib.
O, Nikol Paşinyanla görüşə də toxunub.
“Biz Ermənistan iqtisadiyyatının necə böyüdüyünü və inkişaf etdiyini, Avrasiya İqtisadi İttifaqında ən yaxşı ÜDM göstəricilərini nümayiş etdirdiyini görürük və hamımız başa düşürük ki, bu cür iqtisadi uğurlar ilk növbədə Aİİ ilə inteqrasiya əlaqələri sayəsində əldə edilir”, - Overçuk qeyd edib.
Rusiya baş nazirinin müavini qeyd edib ki, Ermənistan birlik çərçivəsində aktiv müsbət rol oynayır. Paşinyanla görüşdə Ermənistanın Avrasiya inteqrasiyasında iştirakı məsələsi də müzakirə olunub.
Qeyd edək ki, Overçukun nümayəndə heyəti sentyabrın 13-də Ermənistana gəlib.
17:44 / 23 Noyabr 2026
1
17:13 / 23 Noyabr 2026
77
17:12 / 23 Noyabr 2026
78
16:57 / 23 Noyabr 2026
86
16:55 / 23 Noyabr 2026
80
16:45 / 23 Noyabr 2026
270
16:41 / 23 Noyabr 2026
97
16:33 / 23 Noyabr 2026
93
16:27 / 23 Noyabr 2026
672
16:22 / 23 Noyabr 2026
86
16:19 / 23 Noyabr 2026
109
16:08 / 23 Noyabr 2026
119
15:55 / 23 Noyabr 2026
116
15:35 / 23 Noyabr 2026
131
15:25 / 23 Noyabr 2026
124
15:06 / 23 Noyabr 2026
178
14:48 / 23 Noyabr 2026
2118
14:45 / 23 Noyabr 2026
132
14:42 / 23 Noyabr 2026
142
14:31 / 23 Noyabr 2026
406
14:17 / 23 Noyabr 2026
135
14:13 / 23 Noyabr 2026
246
14:10 / 23 Noyabr 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.