Sərhədi pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanıldı (FOTO)
08 Oktyabr 2026, 20:55
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1010
31.01.2023, 12:57
Tovuzda arvadını öldürən şəxsə hökm oxunub.
Tovuz rayonu Hacallı kənd sakini Nicat Əhmədov arvadı Nuranə Əhmədovanın taksi sürücüsü Bayraməli ilə sevgi münasibətlərinin olduğundan şübhələnib. Qohumları Nicata arvadının ev işləri ilə məşğul olmadığını və gün ərzində telefonla çox danışdığını deyiblər.
Nicat ilk növbədə taksi sürücüsü Bayraməli ilə görüşüb, onunla arvadı arasında sevgi münasibəti olub-olmadığını soruşub. Bayraməli isə belə bir şeyin olmadığını deyib. Mübahisə etdikdən sonra taksi sürücüsü həmin ərazidən qaçıb.
Mübahisə bitdikdən sonra Nicat evə gedib və arvadı Nuranə ilə danışmağa başlayıb. Nuranə Bayraməlinın ona hədə-qorxu gəldiyini deyib. Ona görə də Bayramalı ilə danışıb, münasibət qurduqlarını, lakin onunla ilə cinsi əlaqədə olmadığını bildirib. Əri Nicat isə Nuranənin sözlərinə inanmayıb.
Ertəsi gün arvadı Nuranənin mobil telefonunu götürən Nicat "WhatsApp"a daxil olub və həyat yoldaşının Bayraməli ilə yazışmalarını, eyni zamanda onların çılpaq fotolarını da görüb. Nicat həmin şəkillə bağlı Nuranədən soruşub. Nuranə isə şəkilin montaj olduğunu deyib. Nuranə ərinə "yaxşı edib gəzirəm, öldürürüsən öldür" sözlərini deyib. Nicat soyuducudan götürdüyü bıçaqla arvadı Nuranənin boğazını kəsib. Daha sonra ona 25 bıçaq zərbəsi vuraraq amansızlıqla qətlə yetirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və qətli törədən Nicat Əhmədov saxlanılıb.
Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən Nicat Əhmədov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 16 il müddətinə azadlıqdan məhrum edilib. (unikal)
Bankda pulu olanlara PİS XƏBƏR - Fevralın 1-dən...
00:32 / 09 Oktyabr 2026
37
00:11 / 09 Oktyabr 2026
67
00:04 / 09 Oktyabr 2026
469
00:01 / 09 Oktyabr 2026
78
23:50 / 08 Oktyabr 2026
71
23:27 / 08 Oktyabr 2026
86
23:13 / 08 Oktyabr 2026
107
23:10 / 08 Oktyabr 2026
76
23:03 / 08 Oktyabr 2026
130
23:01 / 08 Oktyabr 2026
181
22:50 / 08 Oktyabr 2026
200
22:41 / 08 Oktyabr 2026
90
22:19 / 08 Oktyabr 2026
82
22:06 / 08 Oktyabr 2026
130
21:58 / 08 Oktyabr 2026
101
21:53 / 08 Oktyabr 2026
92
21:36 / 08 Oktyabr 2026
98
21:29 / 08 Oktyabr 2026
93
21:28 / 08 Oktyabr 2026
1257
21:19 / 08 Oktyabr 2026
132
20:55 / 08 Oktyabr 2026
78
20:42 / 08 Oktyabr 2026
97
20:27 / 08 Oktyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.