Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda özünü 4-cü mərtəbədən yerə atan 16 yaşlı qızın son durumu açıqlanıb - YENİLƏNİB - FOTO

Bakıda özünü 4-cü mərtəbədən yerə atan 16 yaşlı qızın son durumu açıqlanıb - YENİLƏNİB - FOTO

KRİMİNAL

726

01.04.2022, 15:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

15:35

Bakıda çoxmərtəbəli binanın eyvanından düşən gənc qız təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib.

Mərkəzin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, 2006-cı il təvəllüdlü yeniyetmə reanimasiyaya yerləşdirilib:

"Hazırda intubasiya vasitəsilə nəfəs alır. Vəziyyəti çox ağırdır. Diaqnozu açıq kəllə-beyin travmasıdır".

----------
14:00

Bakıda 30-35 yaşlarında qadın çoxmərtəbəli binanın eyvanından yerə düşüb.

OXU24.COM "Report"a istinadən bildirir ki, hadisə paytaxtın Nəsimi rayonu, Arif Məhərrəmov küçəsi 52 ünvanında qeydə alınıb.

Hadisə yerinə polis əməkdaşları gəlib.

Qadının özünü yerə atdığı, yaxud ehtiyatsızlıqdan yerə düşdüyü araşdırmalardan sonra məlum olacaq.