DTX onu HƏBS ETDİ
03 Noyabr 2026, 17:53
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1344
03.03.2022, 16:06
Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik gətirməkdə təqsirləndirilən İlahə Babayeva, Nərminə Kərimova və Lalə Məmmədovaya hökm oxunub və onların hər biri 12 il müddətinə azadlıqdan məhrum edilib.
Oxu24.com xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Xatırladaq ki, prokuror İ.Babayevanın 14 il, N.Kərimova ilə L.Məmmədovanın isə hər birinin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Yoxlama zamanı çamadanın içərisində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gizlədilən qəhvə qutularının içindəki sellofan paketlərdən 1 542 ədəd MDMA (metilendioksimetamfetamin), uşaq yeməyinin içinə yerləşdirilən bir bükümdə 320,105 qram narkotik vasitə kokain, çay paketinin içinə yerləşdirilən sellofan paketdə isə təsiredici maddəsinin ümumi miqdarı 87,106 qram olan və dünyada ən təhlükəli narkotik vasitə hesab edilən MDMB-4en-PİNACA (Bonzay) maddəsi aşkar edilib.
Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin çatdırılmalı olduğu şəxslərin müəyyən edilməsi üçün əməliyyat tədbiri həyata keçirilib.
Aparılan təxirəalınmaz istintaq hərəkətləri ilə cinayətkar qrupun digər üzvləri Məmmədova Lalə İlqar qızı və Kərimova Nərminə Çingiz qızının törədilmiş cinayətdə iştirakçı olmalarına dair əsaslı şübhələr müəyyən edilib. L.Məmmədovanın yaşadığı ünvanda keçiriən axtarış zamanı 2 bükümdə, ümumi çəkisi 8,512 qram psixotrop maddə-metamfetamin, 502 həb MDMA (metilendioksimetamfetamin), 8 bükümdə ümumi çəkisi 7,337 qram təşkil edən narkotik vasitə kokain və 70 həb preqabalin, həmçinin elektron tərəzi, narkotik vasitə, psixotrop və güclü təsir edən maddələrin qəbulunda istifadə edilən çoxlu sayda alətlər, həmin maddələrin alqı-satqısına dair yazıların olduğu qeydiyyat dəftərləri aşkar edilib.
Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə ittiham elan edilib və Yasamal Rayon Məhkəməsinin qərarına əsasən barələrində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, metamfetamin və MDMA (metilendioksimetamfetamin) "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na, preqabalin" adlı dərman preparatı isə Azərbaycanın müvafiq qanunu ilə təsdiq edilən "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir.
Aşkar edilən "preqabalin" adlı dərman preparatının təsiredici maddəsinin ümumi miqdarı 21 qram, MDMA (metilendioksimetamfetamin) təsiredici maddəsinin ümumi miqdarı isə 378,402 qramdır.
17:53 / 03 Noyabr 2026
171
17:51 / 03 Noyabr 2026
47
17:35 / 03 Noyabr 2026
50
17:10 / 03 Noyabr 2026
102
16:56 / 03 Noyabr 2026
109
16:51 / 03 Noyabr 2026
226
16:43 / 03 Noyabr 2026
101
16:35 / 03 Noyabr 2026
263
16:31 / 03 Noyabr 2026
163
16:23 / 03 Noyabr 2026
683
16:21 / 03 Noyabr 2026
167
16:13 / 03 Noyabr 2026
147
16:01 / 03 Noyabr 2026
245
15:55 / 03 Noyabr 2026
192
15:52 / 03 Noyabr 2026
91
15:20 / 03 Noyabr 2026
156
15:05 / 03 Noyabr 2026
151
14:50 / 03 Noyabr 2026
155
14:50 / 03 Noyabr 2026
166
14:30 / 03 Noyabr 2026
231
14:24 / 03 Noyabr 2026
298
14:21 / 03 Noyabr 2026
274
14:15 / 03 Noyabr 2026
176
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.