Qaynar xətt:

(+99450) 247 90 86

Gəncədən dəhşətli xəbər: Qadın öldü

Gəncədən dəhşətli xəbər: Qadın öldü

KRİMİNAL

372

17.02.2022, 09:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncə şəhərində bir neçə gün əvvəl özünü körpüdən atan 50 yaşlı qadın yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

"Report"un Qərb bürosunun məlumatına görə, 50 yaşlı V.Əliyeva müalicə aldığı xəstəxanada vəfat edib.

Xatırladaq ki, hadisə Bayraq Meydanının yaxınlığındakı körpüdə qeydə alınıb. V.Əliyeva özünü körpüdən ataraq intihara cəhd etmişdi. O, ağır xəsarətlərlərlə xəstəxanada müalicə alırdı. Lakin qadının həyatını xilas etmək mümkün olmayıb.

Qadının psixoloji problemləri olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.