Masallıda itkin düşən 15 yaşlı qız Bakıda tapıldı
04 Noyabr 2026, 23:44
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
615
21.01.2022, 15:27
Bu gün Xalq artisti, bəstəkar Şəfiqə Axundovanın doğum günüdür.
Kulis.az bu münasibətlə bəstəkar haqqında 10 maraqlı faktı təqdim edir.
Şəki şəhərində anadan olan Şəfiqə Axundova Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. Şərqdə opera yazan ilk qadın kimi tarixə düşüb. Onun sənətə gəlməsində böyük bacısı Zümrüd Axundovanın rolu böyük olub. O, həmişə Şəfiqə xanımı dəstəkləyib. Zümrüd xanım universitet müəllimi, həyat yoldaşı isə akademiyanın prezidenti idi. Onların evlərinə şəhərin ən ziyalı adamları yığılırdı.
***
Bəstəkar müsahibələrindən birində ustadı ilə bağlı xatirəsini dilə gətirir: Müharibə illəri idi. Mən cavan vaxtlarımda qırmızıyanaq qız idim. Gəldim dərsə, Üzeyir bəy məni gördü, dedi: “Qalx ayağa. Sənin rəngin niyə belədir?” Mən də dedim ki, “heç, elə belə”... Dedi “gəl bura”, keçdi stolunun arxasına, çantasından çörək çıxartdı. Çörəyin üstünü kəsib mənə uzatdı, alt hissəsini isə özünə saxladı və mənə dedi: “Sənin rəngin mənim xoşuma gəlmir, bunu ye”. Üzeyir bəy mənə çörəyi uzadanda çox utandım. Bu xatirə həyatım boyu yadımdan çıxmaz.
Şəfiqə xanım çox qısa müddət ailəli olub. Bu evlilikdən onun cəmi bir övladı doğulub. O, bir də heç vaxt ailə qurmayıb, ömrünün sonuna qədər tək yaşayıb. Şəfiqə xanım məşhur “Lay-lay” mahnısını oğluna bəstələyib. Bütün ümidlərini bağladığı Taleh Hacıyev isə gənc yaşlarında ruhi xəstəliyə tutulub.
***
O, həyat yoldaşından ayrılmasının səbəblərini müsahibələrinin birində belə izah edir. “Yoldaşım məni başa düşmürdü. Ya ailə, ya sənət. İkisi bir yerdə tutur deyən adam yarımçıq sənətkardır. Tam mənası ilə özünü sənətə həsr etmək üçün gərək tənha olasan. Mən tənhalığı seçdim və özümü sənətə həsr etdim!”
***
Deyilənə görə İranda şah dövrü zamanı “Azad Azərbaycan qadını” adlı rüsvayçı bir məqalə dərc edilib. Üstəlik, həmin qəzetdə Şəfiqə xanımın da intim fotoları yer alıb. Sovet dövründə bu məsələyə görə bəstəkarın başı çox ağrıyıb, hətta onu Dövlət Təhlükəsizlik Komitəsinə çağıraraq ondan izahat da alıblar. Bu barədə ona verilən suala isə Şəfiqə xanım belə cavab verib: Yox, yox, yalan söhbətdir, nə danışırsınız.
“Qayınana” filmində səslənən “Mehriban olaq” mahnısını Şəfiqə xanımın yazmasının qəribə taleyi olub. Şəfiqə xanımın qonşuluğunda yaşayan iki qadın günlərin birində bərk dalaşırlar. İki gün sonra isə tamaşa vaxtı iki tamaşaçının yer üstündə dalaşdığını görür. Bu hadisələrin hər biri bəstəkara pis təsir edir və o, “Mehriban olaq” mahnısını yazmağı qərara alır.
***
Oğlu Taleh Hacıyev çox böyük istedada malik olsa da, anası qədər tanınmırdı. İndi də çox az insan Talehin yaradıcılığı ilə tanışdır. Amma onun 18-20 yaşlarında bəstələdiyi “Belə qəmli dayanma” adlı mahnısı çox böyük məşhurluq qazanıb. Lakin insanlar Taleh Hacıyevi daha çox pianoçu kimi tanıyıblar.
***
Oğlunu hədsiz dərəcədə sevən ana onun haqqında belə deyirdi: “Mənim oğlum gözəl piano çalırdı, o çalanda hamı heyran qalardı. Gözəl pianoçu idi. Ondan çox nigaranam, mən dünyada olmayanda, o necə yaşayacaq, nə edəcək? Axı uşaq kimi safdır, köməksizdir. Allahdan ömür istəyirəm ki, onu tək qoymayım bu dünyada”.
Taleh uzun illər bu xəstəliklə mübarizə aparsa da, 2008-ci ilin iyul ayının 26-da Maştağada yerləşən ruhi əsəb xəstəxanasında vəfat edir. Oğlunun ölümü Şəfiqə xanımdan uzun müddət gizlədilir. Yalnız qırx mərasimi başa çatandan sonra Şəfiqə xanım oğlu Talehin vəfat etdiyini öyrənir.
***
Ağır ürək xəstəliyi keçirən Şəfiqə xanım son günlərini xəstəxanada keçirir. Onun yanına gələn əməkdar artist Aybəniz Haşımovaya və millət vəkili Qənirə Paşayevaya bu sözləri deyir: “Məni ölməyə qoymayın. Mən yaşamaq istəyirəm...” Bu sözlərdən bir neçə gün sonra gözəl bəstəkar 2013-cü ilin iyul ayının 26-da, oğlu Talehdən beş il sonra onun vəfat etdiyi gündə dünyasını dəyişir.
11:34 / 05 Noyabr 2026
1
11:32 / 05 Noyabr 2026
16
11:29 / 05 Noyabr 2026
32
11:21 / 05 Noyabr 2026
121
11:16 / 05 Noyabr 2026
68
11:07 / 05 Noyabr 2026
67
10:59 / 05 Noyabr 2026
77
10:54 / 05 Noyabr 2026
130
10:45 / 05 Noyabr 2026
194
10:43 / 05 Noyabr 2026
91
10:38 / 05 Noyabr 2026
113
10:34 / 05 Noyabr 2026
91
10:20 / 05 Noyabr 2026
113
10:14 / 05 Noyabr 2026
81
10:12 / 05 Noyabr 2026
863
10:02 / 05 Noyabr 2026
95
10:00 / 05 Noyabr 2026
107
10:00 / 05 Noyabr 2026
126
09:53 / 05 Noyabr 2026
100
09:31 / 05 Noyabr 2026
474
09:24 / 05 Noyabr 2026
103
09:14 / 05 Noyabr 2026
122
09:12 / 05 Noyabr 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.