Masallıda itkin düşən 15 yaşlı qız Bakıda tapıldı
04 Noyabr 2026, 23:44
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1564
18.01.2022, 18:52
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) xarici ölkələrdə qanunsuz silahlı birləşmələrə qoşulan şəxsləri məsuliyyətə cəlb edib.
Oxu24.com DTX-nin saytına istinadla xəbər verir ki, Xidmət tərəfindən aparılan araşdırmalar nəticəsində Azərbaycan vətəndaşları - 1976-cı il təvəllüdlü Hüseynov Seymur Əliş oğlunun və 1970-ci il təvəllüdlü Novruzbəyov Elxan Əmənulla oğlunun ölkəni tərk edib əvvəlcə İran İslam Respublikasının Tehran şəhərinə, oradan isə qanunsuz silahlı birləşmələrin tərkibinə daxil olmaq üçün qeyri-leqal yolla digər xarici dövlətlərin ərazisinə keçərək cinayətkar dəstələrə qoşulmaqla onların tərkibində döyüş təlimlərində və silahlı münaqişələrdə iştirakına dair əsaslı şübhələr müəyyən edilib.
İstintaq müddətində məlum olub ki, S.Hüseynov “Abuzər” ləqəbli şəxsin, E.Novruzbəyov isə Qasımov Vüsal Qəzənfəroviçin rəhbərlik etdiyi, qanunvericiliklə nəzərdə tutulmayan qanunsuz silahlı birləşmələrin tərkibinə daxil olublar.
Faktla bağlı DTX-də istintaqı aparılan cinayət işi üzrə hər iki şəxs Azərbaycan Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunub.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
13:48 / 05 Noyabr 2026
33
13:41 / 05 Noyabr 2026
56
13:20 / 05 Noyabr 2026
103
13:12 / 05 Noyabr 2026
132
13:02 / 05 Noyabr 2026
224
13:00 / 05 Noyabr 2026
151
12:56 / 05 Noyabr 2026
98
12:51 / 05 Noyabr 2026
97
12:41 / 05 Noyabr 2026
331
12:40 / 05 Noyabr 2026
103
12:39 / 05 Noyabr 2026
91
12:36 / 05 Noyabr 2026
141
12:27 / 05 Noyabr 2026
490
12:26 / 05 Noyabr 2026
90
12:16 / 05 Noyabr 2026
581
12:14 / 05 Noyabr 2026
87
12:11 / 05 Noyabr 2026
83
12:00 / 05 Noyabr 2026
91
11:48 / 05 Noyabr 2026
112
11:46 / 05 Noyabr 2026
112
11:42 / 05 Noyabr 2026
137
11:34 / 05 Noyabr 2026
605
11:32 / 05 Noyabr 2026
284
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.