Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyadan gəldi faciəli şəkildə öldü

Rusiyadan gəldi faciəli şəkildə öldü

KRİMİNAL

420

26.11.2021, 09:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Biləsuvar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Oxu24.com-un Muğan bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Nəsimikənd kənd sakini, 1975-ci il təvəllüdlü Bağışov Rafət Abdin oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardım avtomobili ilə Biləsuvar rayonu Mərkəzi Xəstəxanasına çatdırılsa da, vəziyyəti ağır olduğundan həkimlər onun həyatını xilas edə bilməyib.

Qeyd edək ki, mərhum 5 ay əvvəl Rusiya Federasiyasına işləməyə gedib və ötən gün ailəsinin yanına qayıdan zaman bu hadisə baş verib.

Faktla bağlı araşdırma aparılır.