Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda faciə: 70 yaşlı kişi öldü

Bakıda faciə: 70 yaşlı kişi öldü

KRİMİNAL

3897

09.06.2021, 10:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda ahıl kişinin yıxılması ölümünə səbəb olub.

“Report”un məlumatına görə, hadisə Nizami rayonunun Keşlə qəsəbəsində qeydə alınıb.

Belə ki, 1951-ci il təvəllüdlü Əfqanlı Əlikram Əlibaba oğlu qəfil yıxılıb. Hadisə nəticəsində onun başı yol kənarındakı səkiyə dəyib.

Ağır xəsarət alan Ə. Əlikram xəstəxanaya çatdırıb, ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, mərhum epilepsiya xəstəliyindən əziyyət çəkirmiş.