Qaynar xətt:

(+99450) 247 90 86

Dünən həbsdən çıxdı, bu gün evi yandırıb arvadını döydü

Dünən həbsdən çıxdı, bu gün evi yandırıb arvadını döydü

KRİMİNAL

4001

10.05.2021, 18:39

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Abşeron rayonunun Masazır qəsəbəsində yanğın hadisəsi baş verib.

Oxu24.com  APA-ya istinadən bildirir ki, hadisəni törədən şəxs Şükürov Ramin yaşadığı evə gəlib həyat yoldaşı Şükürova Mətanəti döyərək ona ağır xəsarət yetirib.

Daha sonra o, evi yandıraraq hadisə yerindən uzaqlaşıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə bölməsi cəlb edilib. Yanğın söndürülüb.

Qeyd edək ki, R.Şükürov həbsdən ötən gün azad edilib.

Busaat.az əlavə edir ki, Ramin Şükürov ötən gün imzalanan əfv sərəncamı ilə yox, cəza müddəti başa çatdığı üçün həbsdən azad olunub. Belə ki, keçmiş məhkumun adı əfv edilənlərin siyahısında yoxdur.