DİN açıqlama yaydı: 64 nəfər SAXLANILIB
04 Aprel 2026, 12:33
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
3230
07.04.2021, 13:33
Bir müddət əvvəl Göyçay şəhərində bazarda icarə haqlarını yığan Ə.Ş-nın tanışları tərəfindən amansızlıqla döyülməsi hadisəsinin təfərrüatları məlum olub.
Publika.az-ın əldə etdiyi məlumata görə, istintaq zamanı hadisənin Göyçay şəhər sakini olan 1992-ci il təvəllüdlü Ə.V və F.V tərəfindən törədilməsi müəyyənləşib. Onlar barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145-ci maddəsinin 3 bəndi ilə (Qanunsuz azadlıqdan məhrum etmə) cinayət işi açılıb.
Hadisənin təfərrüatına gəlincə...
Bildirilir ki, ƏV. və F.V-nın atası Göyçayda zərgərlik fəaliyyəti ilə məşğul olub və 2018-ci ildə vəfat edib. İki qardaş eyni zamanda anaları ilə birlikdə qızıl mağazasını işlədiblər. Atalarının ölümündən sonra onlar anaları K.V-dan atalarından qalan və həyətdəki seyfdə saxlanılan qızılları soruşublar. Qadın isə onda qızıl olmadığını, həyat yoldaşı F.V-nin ona qızıl vermədiyini bildirib. Bundan sonra 2 qardaş qızılların harada olması barədə düşünməyə başlayıblar.
Onlar öz aralarında anaları K-nın Göyçay bazarında icarə haqlarını yığan Ə.Ş ilə isti münasibətlərinin olmasını, hətta anaları ilə həmin şəxsin arasında intim münasibətin olduğunu danışıblar. Bu səbəbdən 2 qardaş qızılların anaları tərəfindən həmin şəxsə verildiyini güman ediblər.
Həmçinin oxuyun
Bu müddət ərzində evdə düşən söz-söhbət nəticəsində K.V qızını götürərək evdən çıxıb və baldızının evində yaşamağa başlayıb. Qızılların harada olmasını öyrənmək istəyən, eləcə də anaları ilə intim münasibətdə olan şəxslə haqq-hesab çəkmək istəyən qardaşlar isə plan qurublar. Onlar Ə.Ş-nı pivə içmək adı ilə Göyçay şəhəri Ziya Bünyadov küçəsindəki evlərinə dəvət ediblər.
Ə.Ş evə daxil olan kimi qardaşlardan kiçik olanı, ali təhsilli olan 1998-ci il təvəllüdlü F.V ona zərbələr endirməyə başlayıb. Zərbələrin gücündən zərərçəkmiş şəxsin çənə sümükləri sınıb, alt çənə sümüyündəki 7 dişi düşüb, həmçinin bədəninin müxtəlif yerlərindən ağır zədələr alıb. Qardaşlar həmin şəxsdən qızılların harada olmasını, anaları ilə hansı münasibətdə olmasını dəfələrlə soruşublar. Lakin Ə.Ş ona qızıl verilmədiyini, anaları ilə də bacı-qardaş münasibətində olduğunu deyərək iddiaları inkar edib.
Bundan sonra qardaşlardan biri “Nissan Sunny” markalı avtomobillə bibisinin evinə gedərək anası K.V-nı hadisə yerinə gətirib. Burada mübahisə davam edib. Daha sonra onlar sifəti qan içində olan Ə.Ş-nı evdən çıxarmağın lazım olduğunu öz aralarında razılaşdırıblar. Ailə üzvləri evə dəvət edərək vəhşicəsinə döydükləri şəxsin üzünü yuduqdan sonra onu və Ə.Ş-nın özü ilə gətirdiyi velosipedini maşına qoyaraq Göyçay şəhəri Əli Kərim küçəsindəki evinin qarşısına gətirib qoyublar.
Evə gələn Ə.Ş xəstəxanaya yerləşdirilib.
O, başına gələnlərlə bağlı polisə şikayət edib, həmçinin ona dəymiş maddi və mənəvi ziyana görə qarşı tərəfdən 200 min manat tələb edib.
13:04 / 04 Aprel 2026
42
12:59 / 04 Aprel 2026
48
12:52 / 04 Aprel 2026
178
12:36 / 04 Aprel 2026
674
12:33 / 04 Aprel 2026
45
12:20 / 04 Aprel 2026
211
11:36 / 04 Aprel 2026
47
09:53 / 04 Aprel 2026
75
09:52 / 04 Aprel 2026
92
09:47 / 04 Aprel 2026
70
09:40 / 04 Aprel 2026
686
01:04 / 04 Aprel 2026
319
23:59 / 03 Aprel 2026
374
23:49 / 03 Aprel 2026
344
23:35 / 03 Aprel 2026
293
23:14 / 03 Aprel 2026
298
22:59 / 03 Aprel 2026
202
22:48 / 03 Aprel 2026
347
22:30 / 03 Aprel 2026
365
22:16 / 03 Aprel 2026
118
21:49 / 03 Aprel 2026
129
21:47 / 03 Aprel 2026
117
21:37 / 03 Aprel 2026
125
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.