Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQIQƏ! Azərbaycanda faciə: Ölən və yaralılar var

SON DƏQIQƏ! Azərbaycanda faciə: Ölən və yaralılar var

KRİMİNAL

7902

23.03.2021, 15:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Kürdəmir rayonunda 1 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Bakı-Qazax magistral yolunun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb. Ağsu rayon sakini, 28 yaşlı Səbuhi Mehman oğlu Cəfərovun idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili idarəetmədən çıxaraq su kanalına aşıb. Nəticədə İradə Cəfər qızı Cəfərova hadisə yerində ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.