Qaynar xətt:

(+99450) 247 90 86

11 yaşlı uşaq bələdiyyə sədrinin başını kəsməklə hədələyib

11 yaşlı uşaq bələdiyyə sədrinin başını kəsməklə hədələyib

KRİMİNAL

5230

10.03.2021, 10:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fransada “Facebook” sosial şəbəkəsində Lyon şəhəri yaxınlığında yerləşən Riye-la-Pap kommunasının bələdiyyə başçısı Aleksandr Vensande başının kəsilərək yandıracağı ilə hədələnib.

APA yerli  “LyonMag” nəşrinə istinadən xəbər verir ki, polis paylaşımla bağlı araşdırma apararkən həmin yazının 11 yaşlı oğlan tərəfindən yerləşdirildiyi ortaya çıxıb.

Lyon şəhər prokuroru Jaket Nikolas bildirib ki, onun barəsində yaşı nəzərə alınaraq, alternativ intizam tədbirlər görüləcək.

Prokuror yeniyetmənin tək olmadığı və onunla həmfikir olan qrup üzvlərinin də axtarıldığını deyib.