Tovuzda hamilə bıçaqlanıb
13 Noyabr 2026, 17:07
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1551
02.03.2021, 16:45
Bəzi kütləvi informasiya vasitələrində vətəndaş Mehtiyev Qabil Şahpələng oğlunun, Vahid Əhmədov və oğlu Rəşad Əhmədov tərəfindən 55 min manat məbləğində pulunun dələduzluq yolu ilə ələ keçirilməsinə dair müraciəti dərc edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, qeyd edilən müraciət üzrə Xətai rayon prokurorluğunda araşdırma aparılmaqla Vahid Əhmədovun oğlu Rəşad Əhmədovla birlikdə bir qrup şəxs halında Qabil Mehtiyevin etibarından-sui istifadə edib aldadaraq qardaşı Ramil Mehdiyevin həbsdən buraxılmasını həll edəcəklərini vəd edərək 2018-ci ilin sentyabr ayından 2020-ci ilin mart ayına qədər olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 55 min manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib.
Hazırda cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq hərəkətləri həyata keçirilir.
17:30 / 13 Noyabr 2026
23
17:18 / 13 Noyabr 2026
30
17:13 / 13 Noyabr 2026
53
17:07 / 13 Noyabr 2026
57
16:59 / 13 Noyabr 2026
64
16:51 / 13 Noyabr 2026
81
16:37 / 13 Noyabr 2026
109
16:29 / 13 Noyabr 2026
85
16:08 / 13 Noyabr 2026
203
16:00 / 13 Noyabr 2026
94
15:42 / 13 Noyabr 2026
325
15:37 / 13 Noyabr 2026
99
15:30 / 13 Noyabr 2026
100
15:01 / 13 Noyabr 2026
107
14:59 / 13 Noyabr 2026
233
14:50 / 13 Noyabr 2026
126
14:46 / 13 Noyabr 2026
110
14:33 / 13 Noyabr 2026
125
14:24 / 13 Noyabr 2026
605
14:17 / 13 Noyabr 2026
494
14:12 / 13 Noyabr 2026
120
14:05 / 13 Noyabr 2026
222
14:00 / 13 Noyabr 2026
119
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.