Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda universitet müəllimi ÖZÜNÜ YANDIRDI

2018-08/1533897021_samux.jpg

KRİMİNAL

849

10.08.2018, 14:30

\"\" Samux rayon sakini ağır dərəcəli yanıq xəsarətləri alıb.
Oxu24.com report-a istinadən xəbər verir ki, hadisə rayonun Qovlarsarı kəndində qeydə alınıb. Belə ki, həmin kəndin sakini, 1941-ci il təvəllüdlü Həsən Qəzənfər oğlu Yusifov üzəri alovlanmış vəziyyətdə yaşadığı evin həyətindən küçəyə çıxıb. Ətrafdakıların köməyi ilə alov söndürülüb və H.Yusifov xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. H.Yusifovun özü-özünü yandırdığı ehtimal olunur. Onun kənd təsərrüfatı üzrə elmlər namizədi olduğu və əvvələr universitetlərin birində müəllim işlədiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.