Ağır qəza: 9 yaşlı uşaq həyatını itirdi
18 Aprel 2026, 22:59
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
6753
27.03.2026, 23:58
Hər gün 20 milyon dollar əlavə gəlir – Azərbaycan iqtisadiyyatında neft sıçrayışı
Dünya bazarlarında neft qiymətlərinin dəyişməsi Azərbaycan iqtisadiyyatı üçün birbaşa "valyuta axını" deməkdir. Ölkəmiz neft ixrac edən ölkə olduğu üçün qiymətlərin hər bir dollar artımı həm dövlət büdcəsinə, həm də Dövlət Neft Fonduna (ARDNF) əlavə vəsaitlərin daxil olmasına şərait yaradır.
Oxu24.com xəbər verir ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti ehtiyatlı yanaşma ilə 65 dollar səviyyəsində götürülüb. Lakin hazırda bazar qiymətlərinin bu rəqəmdən yuxarı olması (məsələn, 80-90 dollar civarında) ölkəyə planlaşdırılandan daha çox gəlir gətirir.
Hesablamalara görə, neftin qiymətinin dünya bazarında 1 dollar artması Azərbaycanın illik ixrac gəlirlərini təxminən 300-400 milyon dollar civarında artıra bilər. Cari hasilat həcmləri ilə neftin hər 1 dollar bahalaşması ölkəyə gündəlik orta hesabla 450-500 min dollar əlavə xalis mənfəət qazandırır.
Qiymət 65 dollardan yuxarı qaldığı müddətdə büdcə kəsiri riski sıfıra enir və valyuta ehtiyatlarımız sürətlə böyüyür.
Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Oxu24.com-a bildirib ki, bu il dövlət büdcəsində neftin qiyməti 65 dollar götürülüb:
“Bu rəqəm rəsmi sənədlərdə də göstərilir və 2026 üçün hökumət konservativ qiymət kimi məhz 65 dollar hesablayıb.
İndi isə real vəziyyəti nəzərə alaq. Son günlərdə beynəlxalq bankların proqnozuna görə Brent neftinin qiyməti mart-aprel 2026-da təxminən 110 dollar səviyyəsinə qalxıb və orta qiymətin 85 dollardan da yuxarı olması gözlənilir.
Həmçinin oxuyun
Azeri Light adətən, Brent-dən bir az baha satılır, ona görə real satış qiymətini təxminən 105-115 dollar diapazonunda götürmək məntiqlidir.
Gündəlik ixrac məsələsinə gəlincə, ABŞ Enerji İnformasiya Administrasiyasının 2025 hesabatına görə Azərbaycan ümumilikdə 600 min barel civarında neft və kondensat istehsal edir və bunun böyük hissəsi ixraca gedir. Təkcə əsas AÇG yatağından 2023-də 375 min barel/gün hasilat olub və ölkənin əsas ixrac həcmi də bu səviyyəyə yaxındır.
Sadə hesab belə alınır.
Büdcə qiyməti ilə real qiymət arasındakı fərq təxminən 40 dollar edir (məsələn 105-65).
Gündəlik ixracı orta hesabla 500 min barel götürsək:
500 000 × 40 dollar = gündə təxminən 20 milyon dollar əlavə gəlir edir.
Bunu ay üzrə hesablasaq 600 milyon dollar civarında, il üzrə isə qiymətlər bu səviyyədə qalsa 7 milyard dollara yaxın əlavə gəlir deməkdir.
Yəni neft 100 dollardan yuxarı qalarsa, Azərbaycanın qazancı büdcədə planlaşdırılandan hər gün təxminən 15–25 milyon dollar artıq olur. Bu rəqəm də əsasən Neft Fondu və büdcə gəlirlərində özünü göstərir”,-deyə ekspert qeyd edib.
Çimnaz Telmanqızı
00:36 / 19 Aprel 2026
42
23:59 / 18 Aprel 2026
144
23:34 / 18 Aprel 2026
113
23:30 / 18 Aprel 2026
137
23:08 / 18 Aprel 2026
128
22:59 / 18 Aprel 2026
253
22:25 / 18 Aprel 2026
256
22:14 / 18 Aprel 2026
108
21:53 / 18 Aprel 2026
257
21:38 / 18 Aprel 2026
234
21:15 / 18 Aprel 2026
81
20:52 / 18 Aprel 2026
94
20:39 / 18 Aprel 2026
83
20:28 / 18 Aprel 2026
66
19:59 / 18 Aprel 2026
146
19:38 / 18 Aprel 2026
175
19:26 / 18 Aprel 2026
306
19:16 / 18 Aprel 2026
1035
18:59 / 18 Aprel 2026
163
18:49 / 18 Aprel 2026
75
18:36 / 18 Aprel 2026
96
18:25 / 18 Aprel 2026
104
18:16 / 18 Aprel 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.