Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
41915
az

Qubada yaşayış yerini tərk edən 5 nəfər koronavirus xəstəsi saxlanılıb

13:3318 Noyabr, 2020
477
KRİMİNAL
  • A
Qubada yaşayış yerini tərk edən 5 nəfər koronavirus xəstəsi müəyyən olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşları tərəfindən “COVİD-19” virusuna yoluxmuş 5 nəfərin yaşayış yerlərini tərk etdikləri müəyyən edilib. Belə ki, noyabrın 17-də Quba şəhəri ərazisində qurulmuş karantin postunda koronavirus infeksiyasına yoluxmuş və yaşadığı evi tərk etmiş Qımıl Qazma kənd sakini N.Abbasəliyev, Zərdabi qəsəbə sakini B.Əliyev, Şabran rayon sakini T.Əhmədov, Qusar rayon sakini N.Mahmudov və Xaçmaz rayon sakini M.Rəcəbova saxlanılıblar. Müəyyən edilib ki, koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə onlara ev şəraitində müalicə təyin olunmuş, yaşayış yerlərini tərk etməmələri, qaydalara riayət etmələri tapşırılıb. Lakin onlar qaydaları pozaraq yaşadıqları ünvanları tərk edən və digər insanlar üçün real təhlükə yaradıblar. Polis əməkdaşları tərəfindən əraziyə həkim briqadası dəvət edilmiş və onlardan N.Mahmudov Təcili Tibbi Yardım avtomobili ilə yaşadığı ünvana, digər 4 nəfər isə Quba rayonu ərazisindəki koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadın restorandan 13 min manatoğurladı
Axtarışda olan 82 nəfər saxlanıldı
Azərbaycanda DƏHŞƏT: Qadın qaynı tərəfindən öldürüldü

Türkiyədə qədim heykəltəraşın unikal əsəri tapılıb

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Qadın restorandan 13 min manatoğurladı