Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4013
az

Zakir Qaralovun işdən qovduğu prokuror HƏBS EDİLDİ

15:2927 İyul, 2018
1181
KRİMİNAL
  • A
 İki gün öncə vəzifəsindən çıxarılan və böyük köməkçisi həbs edilən İsmayıllı rayon prokuroru Ülvi Abbasov da saxlanılıb.

Oxu24.com Qafqazinfo-ya istinadən xəbər verir ki, prokuror Ü.Abbasovun barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, təcridxanaya köçürülüb.

Ü.Abbasov da köməkçisi Faiq Quliyev kimi külli miqdarda və təkrar rüşvət almaqda ittiham edilib.

Baş Prokurorluğun yaydığı məlumata görə, adıçəkilən vəzifəli şəxslər iş adamları Azad Əliyev və Qalib Süleymanovdan Göyçay və İsmayıllı rayonlarda qum-çınqıl karxanalarının fəaliyyəti ilə bağlı aparılan araşdırmalar zamanı  onlar barəsində cinayət işi başlanmaması üçün külli miqdarda rüşvət alıb. Hər iki biznesmen karxana sahibi olublar. Bu məsələ ilə bağlı araşdırmalar isə Göyçay rayonunda körpünün uçmasından sonra başlanılıb və məsələ prezident İlham Əliyevin nəzarətindədir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Daha bir ÜZÜCÜ XƏBƏR: 17 yaşlı Səidi tapmaq olmur
Ər-arvad 5 gün ara ilə intihara cəhd etdi - Qadın öldü
Qaxda avtomobillər toqquşdu, xəsarət alanlar var

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ