Xaçmaz rayon, Nabran qəsəbəsində iki ana və övladının dənizdə boğularaq ölməsinin təfərrüatları məlum olub.
Oxu24.com "Report"a istinadən bildirir ki, rayonun Palçıqoba kənd sakinləri olan Dadaşova Ruhiyyə Eyvaz qızı, onun oğlu Dadaşov İkram Məmmədyar oğlu, həmçinin baldızı Qocayeva Kamilə İkram qızı və onun qızı Qocayeva Aysel Əfqan qızı Nabran qəsəbəsində dənizə çimməyə gediblər. Lakin 16 yaşlı İ.Dadaşov çimərkən boğulmağa başlayıb. Bunu görən anası, R.Dadaşova oğlunu xilas etməyə çalışıb, ancaq buna nail ola bilməyərək özü də suda boğulmağa başlayıb.
Bu zaman K.Qocayeva qardaşı arvadına və onun oğluna köməklik etməyə çalışıb, lakin boğulmaqda olan şəxsləri xilas etmək onun da həyatı üçün təhlükə yaradıb. Onunla birgə olan qızı A.Qocayeva da onlara köməklik göstərməyə çalışsa da, o da boğulmağa başlayıb. Nəticədə hər iki ana və övladları suda bataraq boğulublar.
Onların dördünün də meyitləri yaxınlarına təhvil verilib.
Hadisə ilə bağlı araşdırma aparılır. Oxu24.com
ŞƏRHLƏR