Qaynar xətt:

(+99450) 247 90 86

Ağdaşda 20 yaşlı qadın özünü asaraq intihar edib

2018-07/1532542348_kendir.jpeg

KRİMİNAL

1227

25.07.2018, 22:12

\"\" Ağdaş rayonunda intihar hadisəsi baş verib.
Oxu24.com-a Şirvan bürosu xəbər verir ki, hadisə Əmirarx kəndində qeydə alınıb. Belə ki, 1998-ci il təvəllüdlü kənd sakini Osmanlı İnci İslam qızı özünü yaşadığı evin həyətindəki köməkçi damda asaraq, intihar edib. Məlumata görə, intihar edən qadının iki yaşlı oğlu var. Onun həyat yoldaşı, 1988-ci il təvəllüdlü Taleh Cəfərov ay yarım əvvəl Rusiyaya işləməyə gedib. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.