Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3957
az

"Öz həyatımı yaşayıram" dedi, öldürdüm" - Qızının qatili olan ata

16:3425 İyul, 2018
1500
KRİMİNAL
  • A
 Bakının Yasamal rayonunda qızını öldürən ata Yasamal rayon Məhkəməsində ifadə verib.

57 yaşlı İlqar Qurbanov ifadəsi zamanı qızı Aysel Məmmədlini namus üstündə öldürdüyünü etiraf edib:

"Ayselin paytaxtda yüngül həyat tərzi keçirməsi, əxlaqsızlıq etməsi barədə kənddə söz-söhbət dolaşırdı. Bakıya gəldim və metronun "20 Yanvar” stansiyasının yaxınlığında onunla görüşdüm. Ondan kənddə gəzən söz-söhbəti soruşanda deyilənləri inkar etdi.

Daha sonra öz həyatını yaşadığını, heç kimin onun şəxsi həyatına qarışa bilməyəcəyini söylədi. Ayselin bu sözünə görə hirsləndim və üstümdə olan bıçaqla əvvəlcə boğaz nahiyəsinə, daha sonra qarın boşluğuna xəsarətlər yetirdim”.

Qeyd edək ki, iyulun 24-də Yasamal rayonunda ata 27 yaşlı qızı Aysel Məmmədlini qısqanclıq zəminində qətlə yetirib.

İstintaq orqanı tərəfindən İlqar Qurbanovun barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq davam etdir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda 15 yaşlı qız intihar etdi
Zaqatalada daha bir yeni doğulan körpə öldü
Bakıda gözəllik salonunda qadını ürəyindən bıçaqlayıb öldürdülər -DETALLAR

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Mağazalarda saxta əskinaslarla alış-veriş edən şəxs saxlanılıb