Qaynar xətt:

(+99450) 247 90 86

Zaqatalada itkin düşən var, helikopterlə axtarılır

2018-07/1532494869_helikopter.jpg

KRİMİNAL

865

25.07.2018, 09:01

\"\" Daha bir nəfər Zaqatala rayonunda itkin düşüb.
Oxu24.com FHN-ə istinadən xəbər verir ki, 24 iyul axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlu 21 iyul 2018-ci il tarixində Zaqatala rayonunun Car kəndi yaxınlığındakı dağlıq ərazidə naməlum şəraitdə itkin düşüb. Q.İbrahimovun axtarışlarına nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi və xüsusi təlim keçmiş itləri, Aviasiya dəstəsinin \"Mi-17\" helikopteri cəlb olunub.