Xəbər verdiyimiz kimi, Yasamal rayonunda gənc qız atası tərəfindən qısqanclıq zəminində öldürülüb.
Həsən Bəy Zərdabi küçəsində baş verən cinayətin təfərrüatı məlum olub.
Masallı rayon Boradigah kənd sakini, 57 yaşlı Qurbanov İlqar Paşa oğlu rayondan gələrək metronun "20 Yanvar" stansiyasının yaxınlığında qızı 27 yaşlı Aysel Məmmədli ilə görüşüb. Onlar söhbət edərək yaxınlıqdakı binanın həyətinə daxil olub. İ.Qurbanov qızı ilə mübahisə edib. Mübahisəyə səbəb kimi o qızının əxlaqsız həyat tərzini əsas göstərib. Buna görə də, İ.Qurbanov bıçaqla qızının döş qəfəsi, boğaz və qarın boşluğu nahiyələrinə bir neçə zərbə vurub. A.Məmmədli hadisə yerində çoxlu qan itirərək dünyasını dəyişib.
Ərazidən uzaqlaşmayan İ.Qurbanov həmin ünvana gələn Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təslim olub.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşlarına bildirib ki, İ.Qurbanov rayon ərazisində qızı ilə bağlı xoş olmayan xəbərlər alıb. Buna görə də o, A.Məmmədlini qətlə yetirmək üçün paytaxta gəlib. Bu haqda xəbəri report.az yayıb.
Oxu24.com azxeber.com-a istinadən xəbər verir ki, qətlə yetirilən Aysel 3 uşaq anası imiş. O bundan öncə də 2 dəfə rayondan qaçaraq, Bakıya gəlibmiş. Hər dəfə də atası onu geri qaytarıb. Ayselin həyat yoldaşı isə başqa bir rayonda fəhlə işləyir, o ayda 1 dəfə evinə gəlib-gedirmiş. Məlumata görə, ailəsi Ayseli 3 gün idi ki, axtarırmış. Dünən onu tapan ata qızını qətlə yetirib və özü polisə təslim olub.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 120-ci ( qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Oxu24.com
ŞƏRHLƏR