Qaynar xətt:

(+99450) 247 90 86

Xaçmazda itkin düşən uşağı OĞURLAYIBMIŞLAR — DAYISINDAN ŞOK AÇIQLAMALAR

2018-07/1532435954_usaqqiten.jpg

KRİMİNAL

867

24.07.2018, 16:39

\"\" Bu fikirləri \"Oxu24.com\"a açıqlamasında 22 iyul tarixində Xaçmaz rayonunun Nabran qəsəbəsində naməlum şəraitdə itkin düşmüş və ötən gün tapılaraq ailəsinə təhvil verilmiş 3 yaşlı Novruzov İsmayıl Elçin oğlunun dayısı Məhəmməd Mehdiyev səsləndirib:
\"Uşaq tapıldığı ərazidə axtarış aparılmışdı, amma tapılmamışdı. Uşağı oğurlamışdılar. Sonradan gördülər ki, əraziyə helikopterlər, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Ona görə də gətirib uşağı yerinə qoymuşdular\". M.Mehdiyev bildirib ki, ailənin heç kimlə ədavəti olmayıb: \"Ailənin heç kimlə ədavəti yoxdur. Kimin qaçırdığını bilmirik. Bununla bağlı polisə müraciət etmişik, araşdırma aparılır\". Qeyd edək ki, 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu axtarışların aparıldığı ərazidə tapılaraq ailəsinə təhvil verilib.