Qaynar xətt:

(+99450) 247 90 86

Ot yüklü “KaMAZ” elektrik xəttinə ilişərək yanıb

2018-07/1532275741_kamaz0-0000-0.jpg

KRİMİNAL

1759

22.07.2018, 20:09

 \"\"  Bu gün Neftçala rayonunun Xol Qarabucaq kəndində kənd sakini Zamiq Qafarovun idarə etdiyi otla yüklənmiş “90 MU 443” dövlət nömrə nişanlı “KaMAZ” markalı yük maşını elektrik xəttinə ilişərək alovlanıb.
Oxu24.com-un Mil-Muğan bürosunun məlumatına görə, alov bürüyən yük avtomobili yoldan çıxaraq qaz kəmərinə çırpılıb. Nəticədə kəndə qaz verilişi dayanıb. Yük avtomobili tamamilə yanıb. Alovun söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə xidmətinin canlı qüvvəsi və avtomaşını cəlb olunub. Alov söndürülüb. Faktla bağlı araşdırma aparılır.