Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda şok hadisə: Gəlin və qayınana həbs olundu (VİDEO)

Azərbaycanda şok hadisə: Gəlin və qayınana həbs olundu (VİDEO)

KRİMİNAL

3860

08.09.2020, 21:14

Biləsuvarda dələduzluq yolu ilə ayrı-ayrı şəxslərin pul və qızılını ələ keçirən şəxslər saxlanılıb. 

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Bərdə şəhər sakinləri Bərahət Əliyeva və onun gəlini Aynurə Abdullayeva yaxalanıb. 

Oxu24.com-un  verdiyi məlumata görə, saxlanılan şəxslər Biləsuvar rayonunun Ağayrı kənd sakini olan qadını dələduzluq yolu ilə aldadaraq onun 2000 manat dəyərində 3 ədəd qızıl üzüyünü ələ keçiriblər. 

Onlar zərərçəkmiş şəxsə bildiriblər ki, onun ailəsində baş verəcək bədbəxt hadisənin qarşısını almaq məqsədilə qızıl-zinət əşyalarını aparıb dua oxuduqdan sonra geri qaytaracaqlar. 

Aparılan araşdırmalarla həmin şəxslərin dua yazmaq və digər bu kimi müxtəlif üsullarla daha 3 şəxsi aldadaraq ümumilikdə 800 manat pullarını və 2300 manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirdikləri müəyyən edilib. 

Faktlarla bağlı istintaq davam edir.