Qaynar xətt:

(+99450) 247 90 86

Özünü körpüdən atmaq istədi: Nazirlik hərəkətə keçdi

Özünü körpüdən atmaq istədi: Nazirlik hərəkətə keçdi

KRİMİNAL

567

05.09.2020, 23:48

Yevlax şəhərində bir nəfər körpünün üzərinə çıxaraq intihar etmək istəyib.Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat daxil olub.

Nazirlikdən bildirilib ki, Aran Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.