Qaynar xətt:

(+99450) 247 90 86

Füzulidə sərhədçilər ilan sancan qadını xilas edib

Füzulidə sərhədçilər ilan sancan qadını xilas edib

KRİMİNAL

1171

17.07.2018, 11:02

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\" Dövlət Sərhəd Xidmətinin hərbi hissələri və bölmələri tərə­findən sərhədyanı ərazilərdə yaşayan əhaliyə hər zaman mümkün köməklik gostərilmiş, müxtəlif problemlərin həllində dəstək verilib.
Dövlət Sərhəd Xidmətindən Oxu24.com-a daxil olan məlumata görə, 2018-ci ilin 15 iyul tarixində Fizuli rayonu sakininin həyatını sərhədçilərin köməkliyi ilə xilas etmək mümkün olub. Belə ki, həmin tarixdə Fizuli rayonunun Alıxanlı kənd sakini 1935-ci il təvəllüdlü Məmmədova Elminaz Rza qızını öz həyətində ilan sanc­mış və təcili olaraq rayon xəstəxanasına gətirilib.
E.Məmmədovanın həyatını xilas etmək ücün ona təcili ilan zər­dabının vurulması zərurəti ilə əlaqədar Dövlət Sərhəd Xidmə­tinin sərhəd qoşunlarının Horadiz sərhəd dəstəsinə müraciət olunub. Müraciətə dərhal reaksiya verilib. Şəxsi heyətin ilan sanc­ması hallarında istifadə etmək məqsədilə hərbi hissənin tibb məntəqəsində saxlanılan ilan zərdabı rayon xəstəxanasına çatdırılıb. Vətəndaşın həyatı xilas edilib.