Qaynar xətt:

(+99450) 247 90 86

Salyanda mikroavtobus aşıb - 10 nəfər xəstəxanaya yerləşdirilib

2018-07/1531458651_qeza14.jpg

KRİMİNAL

1352

13.07.2018, 09:11

\"\" Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Femida.az-ın xəbərinə görə, qəza rayonun Sarvan kəndi ərazisində qeydə alınıb. “Mercedes Vito” markalı mikroavtobus və “Mercedes\" markalı minik avtomobilinin toqquşması nəticəsində 10 nəfər xəsarət alıb. Qəza zamanı “Mercedes Vito”-nun aşdığı bildirilir. Xəsarət alan şəxslər Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan ikisinin azyaşlı olduğu bildirilir. Qəzanın təfərrüatları müəyyənləşdirilir. Əlavə məlumat veriləcək.