Qaynar xətt:

(+99450) 247 90 86

Nardaranda gərgin gecə - Yaralılar var

2018-07/1531372187_dava-doyul.jpg

KRİMİNAL

3533

12.07.2018, 09:08

\"\" Bakıda kütləvi dava olub.
Oxu24.com  “Report”a istinadən xəbər verir ki, hadisə Nardaran qəsəbəsində qeydə alınıb. Gecə saatlarında “Dəniz yolu” adlanan ərazidə 1993-cü il təvəllüdlü Əliyev Hacıağa Nizami oğlu və tanışı 3 naməlum şəxlə əlbəyaxa dava edib. Nəticədə H.Əliyevin qarın nahiyəsinə iki bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi və 42-ci Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxslərin axtarışına başlanılıb.