Qaynar xətt:

(+99450) 247 90 86

Şəmkirdə meşə yanğını başladı - Helikopter cəlb olunub

2018-07/1531309495_mese-hirkan-ark.jpg

KRİMİNAL

953

11.07.2018, 15:43

\"\" Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi yaxınlığındakı meşə zolağında yanğın baş verib.
FHN-dən Oxu24.com-a bildiriblər ki, yanğının söndürülməsinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Aviasiya dəstəsinin “Mi-17” helikopteri cəlb olunub. Əlavə məlumat veriləcək.