Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirib
14 May 2026, 15:28
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
635
06.07.2020, 13:06
Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının davamlılığının təmin edilməsi məqsədilə aparılan sistemli islahatlar hər bir sahədə olduğu kimi, biznes mühitinə də öz müsbət təsirlərini göstərməklə özəl sektorun dəstəklənməsi yüksək səviyyədə təmin edilib.
Baş Prokurorluqdan verilən məlumata görə, bu məqsədlə prokurorluq orqanları tərəfindən sağlam rəqabət və bazar mühitinin stabilliyinə yönəlmiş dövlət qayğısından sui-istifadə edən, cəmiyyətin, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərini pozmağa cəhd edən hüquqi və fiziki şəxslərin qanunsuz əməllərinin qarşısının alınması istiqamətində effektiv mübarizə tədbirləri davam etdirilir.
Aparılmış istintaqla Zeynal Məmmədovun öz qulluq mövqeyindən istifadə etməklə aldığı rüşvətin həqiqi mənbəyini gizlətmək məqsədilə ianə adı altında rəsmiləşdirmək üçün rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək maliyyə əməliyyatları həyata keçirib, həmin pul vəsaitini təkrarən leqallaşdırmasına şübhələr üçün əsaslar müəyyən edildiyindən ona Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma), 193-1.2.2, 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş küllü miqdarda pul vəsaitlərini qulluq mövqeyindən istifadə etməklə təkrar leqallaşdırma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
19 iyun 2020-ci ildə cinayət işi aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bununla yanaşı, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla milli cinayət-hüquq sisteminə implementasiya edilmiş "hüquqi şəxslərin cinayət məsuliyyəti" institutuna dair peşəkar istintaq təcrübəsinin formalaşdırılması Baş Prokurorluq tərəfindən daim diqqət mərkəzində saxlanılır.
Belə ki, aparılmış istintaq zamanı cinayət və cinayət-prosessual qanunvericiliyin hüquqi şəxslərə cinayət-hüquqi tədbirlərin tətbiq olunması əsasları və şərtlərini müəyyən edən tələblərinə əsasən, Zeynal Məmmədovun təsisçisi və direktoru olmaqla fəaliyyətinə rəhbərlik və nəzarət etdiyi "Fakt Araşdırıcı-N" MMC barəsində də CM-nin eyni maddələrinə münasibətdə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraatın başlanması haqqında qərar qəbul edilib.
Öz şəxsi maraqlarını cəmiyyət və dövlətin qanunla qorunan mənaferlərindən üstün tutmaqla, müxtəlif qanunsuz əməllər törətmiş şəxslərin ifşa olunması və məsuliyyətə cəlb olunması istiqamətində Baş Prokurorluq tərəfindən zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilir.
20:28 / 14 May 2026
1
20:19 / 14 May 2026
11
20:16 / 14 May 2026
33
20:15 / 14 May 2026
20
20:10 / 14 May 2026
30
20:09 / 14 May 2026
42
19:59 / 14 May 2026
37
19:56 / 14 May 2026
308
19:52 / 14 May 2026
36
19:47 / 14 May 2026
41
19:32 / 14 May 2026
49
19:30 / 14 May 2026
94
19:18 / 14 May 2026
59
19:14 / 14 May 2026
68
19:09 / 14 May 2026
61
18:56 / 14 May 2026
69
18:40 / 14 May 2026
74
18:17 / 14 May 2026
83
17:55 / 14 May 2026
84
17:35 / 14 May 2026
76
17:30 / 14 May 2026
71
17:05 / 14 May 2026
97
17:04 / 14 May 2026
75
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.