Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda azyaşlı 5-ci mərtəbədən yıxılıb

Bakıda azyaşlı 5-ci mərtəbədən yıxılıb

KRİMİNAL

484

06.07.2020, 09:46

Bakıda 5 yaşlı uşaq 5-ci mərtəbədən yıxılıb.

APA-nın məlumatına görə, hadisə ötən gün saat 07.00 radələrində Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində yerləşən yaşayış binasında qeydə alınıb. 

Həmin binada 5-ci mərtəbədə yaşayan 2015-ci il təvəllüdlü azyaşlı eyvandan yıxılıb.

Kəllə-beyin tramvası alan azyaşlı xəstəxanaya çatdırılıb, vəziyyəti ağır qiymətləndirilir.