Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
Saat 17:00-a olan seçici fəallığı: Seçicilərin 33,82 faizi səsvermə hüququndan istifadə edib

Saat 17:00-a olan seçici fəallığı: Seçicilərin 33,82 faizi səsvermə hüququndan istifadə edib

Saat 15:00-a olan seçici fəallığı: Seçicilərin 29,49 faizi səsvermə hüququndan istifadə edib

Saat 15:00-a olan seçici fəallığı: Seçicilərin 29,49 faizi səsvermə hüququndan istifadə edib

Saat 12:00-a olan seçici fəallığı: Seçicilərin 20,39 faizi səsvermə hüququndan istifadə edib

Saat 12:00-a olan seçici fəallığı: Seçicilərin 20,39 faizi səsvermə hüququndan istifadə edib

XƏBƏR LENTİ

07 Sentyabr 2024
Mask Putinin bəyanatı ilə “maraqlıdır”
Rusiya İrana raketlərə görə necə pul ödəyəcək?
ABŞ-da Çinin dövlət səviyyəsində seçkilərə təsir etmək cəhdlərini elan etdilər
Maşınla vurduğu qıza qarşı əxlaqsızlıq etdi
Dağıstanda partlayış olub
Rusiya hava hücumundan müdafiə sistemləri dörd HIMARS mərmisini vurub
Rusiya Ukraynanın bir gündə Kursk istiqamətində verdiyi itkiləri açıqlayıb
Moskvada güclü yanğın: Ölənlər var
İstanbulda polisə silah çəkən şəxs güllələnib
İsrail ordusu Qəzza zolağında son 48 saatda 61 fələstinlini qətlə yetirib
ABŞ Milli Rifah Fondunun analoqunu yaratmaq qərarına gəlib
İsrail hərbi bazaları atəşə tutulub
Ukraynanın baş kəşfiyyatçısı Ukrayna Silahlı Qüvvələrinin yeni pilotsuz təyyarələri haqqında danışıb
BÜTÜN XƏBƏRLƏR
34628
az

Azərbaycanda ŞOK OLAY: Vəhabilər neft quyusunun ərazisini ələ keçirdi

12:0705 İyul, 2020
749
  • A

Ötən gün (04.07.2020-ci il tarixində - Red) saat 20:00 radələrində Salyan yolu dalan 2 ünvanında, “Bibiheybətneft” NQÇİ-nin 3 saylı mədən ərazisində 2137 nömrəli işlək quyunun cəmi bir neçə metrliyində yerləşən 6 sota yaxın boş torpaq sahəsinin zəbt edilməsinə cəhd olunub.

Oxu24.com -un "Report"a istinadən məlumatına görə, özünü “Sizin media” qəzetinin təsisçisi, jurnalist kimi təqdim edən Şirəliyev Rövşən İlyas oğlu və onunla birlikdə “makler” kimi fəaliyyət göstərən, ətrafdakılar tərəfindən radikal Vəhabi təriqətinə mənsub olduqları deyilən Cəlal, Eyvaz adlı şəxslər tərəfindən torpaq sahəsinin tikinti aparılması üçün əlverişli vəziyyətə gətirilməsi məqsədi ilə işlər aparılıb.


Neft quyusunun dəmir konstruksiyalarının ərazidən kənarlaşdırılmasına yük maşınları və qaldırıcı kran cəlb olunub.

Mədən ərazisinin qanunsuz olaraq zəbt edilməsi mühafizəçilər tərəfindən aşkarlandıqdan sonra dərhal DİN-nin 102 Xidmətinə məlumat verilib.


Əraziyə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Lakin bütün tələblərə baxmayaraq Şirəliyev Rövşən və onun ətrafındakılar istəklərinə nail olublar.

Onlar neft sənayesi avadanlıqlarını ərazidən uzaqlaşdıra biliblər. Daha sonra mühafizəçilərə hücum çəkərək onlara müxtəlif dərəcəli xəsarətləri yetiriblər.


Özünü Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəis müavini kimi təqdim edən Amil adlı şəxs mühafizəçilərə təzyiq göstərərək mədən ərazisinin Şirəliyev Rövşənə məxsus olduğunu bildirib. Məsələnin digər maraqlı tərəfi isə Bakıda sərt karantin rejiminin tətbiq edildiyi bir vaxtda bu qədər insanın küçəyə çıxaraq qanunsuz fəaliyyətlə məşğul olmasıdır.

Əlavə edək ki, adı çəkilən şəxslər tərəfindən 02.06.2020 və 18.06.2020-ci il tarixlərində də həmin ərazinin zəbt olunub, tikinti aparılmasına cəhdlər olmuşdu. Lakin həmin vaxtlarda polis əməkdaşlarının müdaxiləsi ilə ərazinin qanunsuz olaraq zəbt edilməsinin qarşısı alınmışdı.


Qeyd edək ki, Vəhabi təriqətinə mənsub insanları ətrafına toplayan Şirəliyev Rövşən, Cəlal, Eyvaz adlı şəxslər bundan əvvəl də bir neçə dəfə mədən ərazisini zəbt edib, evlər tikərək digər şəxslərə satıblar. Onlar mühafizəçilərin üzərinə hücum çəkərkən “yoldaşlarından” halallıq alaraq “şəhid” olmağa getdiklərini bildirirlər. Onların bu cür hədə-qorxu və hücumları barədə polis əməkdaşlarına məlumat verilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Salyanda dəhşətli qəza: ölən və xəsarət alanlar var
Göyçayda bir ailə xəstəxanalıq oldu: görün hansı diaqnoz qoyuldu
"TikTok" 5 nəfərin ölümünə səbəb oldu

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Salyanda dəhşətli qəza: ölən və xəsarət alanlar var