Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda dəhşət: Bıçağı kürəyinə sancdılar

Bakıda dəhşət: Bıçağı kürəyinə sancdılar

KRİMİNAL

910

26.04.2020, 00:55

Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. 

APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. 

“Savalan” yaşayış massivində 1972-ci il təvəllüdlü Şərbətov Rauf Fərhad oğlu naməlum şəraitdə çoxsaylı bıçaq xəsarətləri alıb.

Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

R.Şərbətova qarının ön divarının, kürəyin və sol budun kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.