Baş Prokurorluq təcili açıqlama YAYDI
06 May 2026, 22:12
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
809
24.04.2020, 13:46
Bakıda xuliqanlıq niyyəti ilə adam öldürməkdə təqsirli bilinən 1987-ci il təvəllüdlü Laçın Teymurovun məhkəməsi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Laçın Teymurov Xətai rayonunda işlədiyi avtoyuma yerinə bir neçə gün işə çıxmayıb.
Bu səbəbdən “moyka”nın sahibi Fərid Məmmədov “Whatsapp messenger” proqramı vasitəsilə bir neçə gün işə gəlmədiyinə görə Laçın Teymurovla mesajlaşıb. Onlar bir-birilərinə nalayiq söz deyiblər, aralarında mübahisə yaranıb. Narazılığa aydınlıq gətirmək üçün Laçın Teymurov yaşadığı evin qarşısında Fərid Məmmədovla görüşüb.
O, Fərid Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillə avtoyuma yerinə gəlib, xidməti otaqda mübahisə ediblər.
Bunu eşidən avtoyuma yerinin digər işçiləri onları sakitləşdirib. Laçın Teymurov otağı tərk edib və Fərid Məmmədova qarşı nalayiq ifadələr işlədərək yaşadığı evə gedib. Bir neçə saat sonra evdən çıxaraq yenidən avtoyuma yerinə yollanıb. Meyvə-tərəvəz mağazasının qarşısında Fərid Məmmədovla qarşı-qarşıya gəlib.
Birlikdə meyvə-tərəvəz mağazasından keçidə gediblər, mübahisəni orada davam etdiriblər .
Fərid Məmmədov Laçın Teymurovun nalayiq ifadələr işlətməsinə görə ona öz iradını bildirib. Fərid Laçına ana-bacı söyüşü edib, əxlaqsız ifadələr işlətməklə “söyüş belə olar”, - deyə bildirib.
Həmçinin oxuyun
Laçın Teymurov Fərid Məmmədovun bədəncə ondan canlı olmasını və təhqirlərini əsas gətirərərək, onu öldürmək qərarına gəlib. O, özündə olan bıçağı çıxaraq Fərid Məmmədovun ürək nahiyəsinə vurub. Fərid Məmmədov aldığı xəsarətdən hadisə yerində ölüb. Laçın Teymurov polisə gələrək, könüllü təsilm olub.
İstintaq orqanı tərəfindən Laçın Teymurovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Laçın Teymurov 18 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən narazı qalan Laçın Teymurov apelyasiya şikayəti verib. O, cəzanın yüngülləşdirilməsini xahiş edib. Bakı Apelyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Bu qərardan narazı qalan Laçın Teymurov kasasiya şikayəti verib. Kasasiya şikayəti Ali Məhkəməyə göndərilib. Hakim Hafiz Nəsibovun sədrliyi ilə baş tutan iclasda Laçın Teymurovun kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Laçın Teymurovun kasasiya şikayəti qismən təmin edilib və onun cəzası 17 il 9 aya endirilib.
09:15 / 07 May 2026
22
09:05 / 07 May 2026
26
01:34 / 07 May 2026
93
00:58 / 07 May 2026
140
00:01 / 07 May 2026
137
23:48 / 06 May 2026
323
23:45 / 06 May 2026
116
23:41 / 06 May 2026
90
23:34 / 06 May 2026
88
23:30 / 06 May 2026
5195
23:29 / 06 May 2026
484
23:29 / 06 May 2026
156
23:27 / 06 May 2026
250
23:20 / 06 May 2026
145
23:16 / 06 May 2026
101
23:08 / 06 May 2026
96
23:02 / 06 May 2026
103
23:00 / 06 May 2026
230
23:00 / 06 May 2026
156
22:46 / 06 May 2026
430
22:45 / 06 May 2026
94
22:24 / 06 May 2026
211
22:23 / 06 May 2026
235
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.