Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycana  qarşı  xaricdən ŞOK plan: Tutulanlar  var +FOTOLAR

Azərbaycana  qarşı  xaricdən ŞOK plan: Tutulanlar  var +FOTOLAR

KRİMİNAL

911

24.04.2020, 10:38

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Müasir dövrümüzdə yeni nəsil informasiya-kommunikasiya texnologiyalarının təsir dairəsinin genişlənməsindən çox təəssüf ki, müxtəlif  transmilli cinayətkar şəbəkələrin üzvləri də öz çirkin niyyətləri üçün istifadə etməyə çalışırlar.

Daxili İşlər Nazirliyindən Oxu24.com-a  verilən məlumata görə, bu cəhdlərin Azərbaycan Respublikasının ərazisində qarşısının alınması məqsədi ilə daxili işlər orqanlarının əməkdaşları tərəfindən də daim qabaqlayıcı tədbirlər görülür.

 Belə ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən sonuncu belə əməliyyat-texniki tədbir zamanı ölkə ərazisində bank sektoruna qarşı kiber cinayətlər törətməkdə təqsirli bilinən Bolqarıstan Respublikasının vətəndaşları Stoychev Marian Nikolov və Mladenov Vladislav Tsvetanov Bakı şəhəri ərazisində saxlanılıblar.

 Araşdırma zamanı müəyyən olunub ki, adları çəkilən şəxslər kibercinayətkarlıqda istifadə olunan xüsusi qurğular, eləcə də mikrosxemlər və digər ləvazimatlar vasitəsi ilə paytaxt ərazisində müxtəlif banklara məxsus bankomatlara müdaxilələr ediblər. Cari ilin fevral və mart aylarında ölkəmizə gələn qrup üzvləri əvvəlcədən hazırladıqları plana əsasən bankomat aparatlarına müdaxilələr edərək külli miqdarda pul vəsaitlərini mənimsəməyə cəhd göstəriblər. Onlar bankomat aparatlarının kart oxuyucu hissəsinə xüsusi qurğular yerləşdirərək bu yolla müştərilərə məxsus kartların PİN kodları  barədə məlumatları əldə ediblər və kartların qeydiyyatını aparıblar.

Saxlanılan şəxslər ifadələrində bildiriblər ki, kart məlumatlarını tam və hərtərəfli öyrəndikdən sonra hesablardakı pulları transmilli mütəşəkkil cinayətkar dəstənin Avropa ölkələrindəki digər üzvləri ilə birgə xarici banklarda saxta sənədlər əsasında açdıqları hesablara köçürəcəkmişlər. Lakin Baş İdarə əməkdaşlarının xüsusi peşəkarlıqla həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində qrup üzvlərinin bu cinayətinin qarşısı vaxtında alınıb.

Həmin şəxslərin paytaxt ərazisində kirayə yaşadığı mənzilə baxış zamanı çoxsaylı elektron məlumat daşıyıcıları, bank kartlarından məlumatları ələ keçirmək üçün qurğular, bankomatlara quraşdırılması nəzərdə tutulmuş xüsusi avadanlıqlar, noutbuklar, müdaxilə etdikləri bankomatların yerləşdiyi ərazilərin siyahısı və sxemləri, eləcə də sair maddi sübutlar aşkar olunaraq götürülüb. Qrup üzvləri bankomatlara müdaxilələr etmək üçün əldə etdikləri xüsusi qurğuları ətrafdakı insanlarda şübhə oyatmamaq üçün daim özləri ilə gəzdirdikləri səsgücləndiricinin içində gizlədiblər.

Qeyd edək ki, Baş İdarədə Marian Stoychev və Vladislav Mladenovun paytaxt ərazisindəki bütün hərəkət trayektoriyaları, müdaxilə etdikləri bankomatlar və əlaqədə olduqları şəxslərin əhatə dairəsi hərtərəfli araşdırılıb. 

Faktla bağlı Azərbaycan Respublikası CM-nin 272.3, 177.2.3-1 və 177.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə edilməklə törədilən oğurluq, kompyuter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət işi başlanılaraq M.Stoychev və V.Mladenov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Transmilli mütəşəkkil cinayətkar şəbəkənin Avropa ölkələrindəki  əlaqələrinin müəyyən olunması, həmçinin saxlanılan şəxlərin digər cinayət əməllərinin aşkar edilməsi istiqamətində müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

 

Azərbaycan Prezidenti: Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir

13:43 / 19 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan Prezidenti: Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir

104

0
Prezident: Azərbaycan Vətən müharibəsi dövründə möhkəm və ədalətli mövqeyinə görə Vyetnama dərindən minnətdardır

13:38 / 19 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident: Azərbaycan Vətən müharibəsi dövründə möhkəm və ədalətli mövqeyinə görə Vyetnama dərindən minnətdardır

103

0
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

13:34 / 19 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

111

0
Sahibə Qafarova Türkmənistanda Valentina Matviyenko ilə görüşüb

13:28 / 19 Noyabr 2026

SİYASƏT SİYASƏT

Sahibə Qafarova Türkmənistanda Valentina Matviyenko ilə görüşüb

98

0
Azərbaycanda vergi ödəyiciləri risk dərəcələrinə görə yoxlanılacaq 

13:22 / 19 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanda vergi ödəyiciləri risk dərəcələrinə görə yoxlanılacaq 

95

0
Prokuror Namizəd Səfərovun 8 il həbsini tələb etdi 

13:15 / 19 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Prokuror Namizəd Səfərovun 8 il həbsini tələb etdi 

109

0
Tbilisi-Bakı qatarına bilet tapmaq nə dərəcədə rahatdır? - Araşdırma

13:09 / 19 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Tbilisi-Bakı qatarına bilet tapmaq nə dərəcədə rahatdır? - Araşdırma

135

0
Azərbaycan-Vyetnam münasibətlərində yeni mərhələ: Tarixi dostluqdan strateji tərəfdaşlığa - TƏHLİL

12:56 / 19 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan-Vyetnam münasibətlərində yeni mərhələ: Tarixi dostluqdan strateji tərəfdaşlığa - TƏHLİL

129

0
“Dəniz sahilində obyekt açmaq istəyənlər üçün qaydalar müəyyənləşdiriləcək”

12:45 / 19 Noyabr 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

“Dəniz sahilində obyekt açmaq istəyənlər üçün qaydalar müəyyənləşdiriləcək”

111

0
İlk dəfə bu il dincə qoyulan torpaqlara görə subsidiya ödənilib

12:41 / 19 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

İlk dəfə bu il dincə qoyulan torpaqlara görə subsidiya ödənilib

136

0
Putin, Si Cinpin və Donald Tramp arasında üçtərəfli görüş başlayıb

12:27 / 19 Noyabr 2026

SİYASƏT SİYASƏT

Putin, Si Cinpin və Donald Tramp arasında üçtərəfli görüş başlayıb

108

0
Xocalının Daşbulaq kəndində 250-yə yaxın sakin işlə təmin olunub

12:13 / 19 Noyabr 2026

QARABAĞ QARABAĞ

Xocalının Daşbulaq kəndində 250-yə yaxın sakin işlə təmin olunub

109

0