Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
29461
az

Azərbaycanda ŞOK OLAY: iki ailə... - TƏFƏRRÜAT

19:1423 Aprel, 2020
504
KRİMİNAL
  • A

Şamaxı rayonunda qısas almaq məqsədilə cinayət hadisəsi törətməkdə təqsirli bilinən 1966-cı il təvəllüdlü Sahib Zeynalovun məhkəməsi başa çatıb.

Milli.Az Teleqraf.com-a istinadla xəbər verir ki, Sahib Zeynalovun qardaşı Saleh Zeynalov 2008-ci ildə həmkəndlisi Elçin Qəfərov və qardaşı Həbib tərəfindən öldürülüb. Bununla bağlı məhkəmə hökmünə əsasən Qəfərov qardaşları azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Aralarında yaranmış ədavətlə bağlı həmin cinayət hadisəsindən sonra Qəfərovların 52 nəfərdən ibarət olan ailə üzvü yaşadıqları Dağ Bağırlı kəndindən çıxarılıb.

Sahib Zeynalov Həbib Qəfərovun azadlığa buraxıldıqdan sonra, yəni 21 iyul 2018-ci il tarixdə ailə üzvləri ilə birlikdə Dağ Bağırlı kəndində yerləşən fərdi yaşayış evində məskunlaşdıqlarını eşidib. O, qisas almaq qərarına gəlib.

Bu niyyətlə Sahib Zeynalov iyulun 22-də saat 11 radələrində Həbib Qəfərovun həyətinə gəlib. Həyətdə aparılan təmizlik işləri ilə bağlı istifadə olunan beli əlinə götürüb, Həbib Qəfərovun oğlu Turalın gözü qarşısında ona bellə xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Sahib Zeynalovun barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

"Hadisədən sonra kəndi tərk etdilər"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sahib Zeynalov bildirib ki, Həbib Qəfərov və sonuncunun ailə uzvlərini həmkəndliləri kimi tanıyıb: "Həbib və qardaşı Elcin 2008-ci ilin iyun ayında baş vermiş dava-dalaş zamanı qardaşım Salehi öldürdülər. Həmin vaxtdan bizim münasibətlərimiz pisləşdi, aramızda ədavət və duşməncilik yarandı. Hadisədən sonra Həbib Qəfərov və qardaşı məhkəmənin hokmu ilə məhkum olundu.

Ailələrimiz arasında yaranmış narazılıq zəminində Həbib Qəfərovun ailə üzvləri Dağ Bağırlı kəndindən cıxaraq getdi və bir necə il kəndə qayıtmadılar. Həbib Qəfərovun həbsdə olduğu muddətdə ailə uzvləri Dağ Bağırlı kəndinə gəlmədilər. 2018-ci ilin iyul ayının ortalarında Həbib Qəfərov həbsdən azad olunduqdan sonra arabir kəndə gəlib-getdiyini, birdəfəlik kəndə yaşamağa qayıtmaq istədiyini öyrəndim.

Həmin vaxtlarda Həbib Qəfərovun etdiyi hərəkətlər məndə qardaşımın ölümü ilə bağlı xatirələri oyatdı, əsəblərimi cilovlaya bilmədim. Həbib Qəfərovla görüşüb munasibətləri aydınlaşdırmağı qərara aldım".

"Mənimlə narazı şəkildə danışdı"

Təqsirləndirilən şəxsin sözlərinə görə, iyulun 22-də səhər saatlarında Həbib Qəfərovun Dağ Bağırlı kəndindəki evlərində olduğunu bilib: "Onunla danışaraq kəndə qayıtmamasını demək üçün yola çıxdım. Özümlə bel də götürmüşdüm. Yolda gedərkən qohumum Afiq Mənəfov mənimlə rastlaşdı və məndən haraya getdiyimi soruşdu. Mən də Həbibin evinə getdiyimi, danışıb, yaşadığımız kəndə qayıtmamasını istəyəcəyimi bildirdim.

Afiq Mənəfov mənimlə birlikdə gedəcəyini söylədi. Birlikdə Həbibin evinə getdik. Qapını açdıqda Həbibi evin həyətyanı sahəsində heyva ağacının yaxınlığında gördük. Ona yaxınlaşaraq söhbət etdik. Söhbət zamanı Həbib mənimlə yüksək tonda və narazı şəkildə danışdı".

"Kənddən çıxmasını söylədim"

Sahib Zeynalovun ifadəsinə görə, Həbibə ailə üzvləri ilə birlikdə kənddən çıxmalarını və bir daha geri qayıtmamalarını bildirib: "Həbib sözlərimə əhəmiyyət verməməklə kifayətlənmədi. Mənə cavab olaraq heç kim olduğumu söylədi, kənddə ailə üzvləri ilə birlikdə daimi yaşayacaqlarını, heç kimin onun ailəsini kənddən qova bilməyəcəyini bildirdi. Həbibin sözləri məndə qardaşımın ölümü ilə bağlı xatirələri oyatdığından əsəblərimi cilovlaya bilmədim. Onu yerə yıxaraq əlimdəki bellə dəqiq xatırlamadığım sayda zərbə vurdum.

Həmin vaxt Həbib Qəfərovun həyətində kimin olduğuna fikir verməmişəm. Eyni zamanda Afiq Mənəfovun kiminləsə mübahisə etməsini görməmişəm. Həbibə zərbə vurduğum vaxt qardaşım Adil Zeynalov, oğlu Röyal Zeynalov, qardaşı oğlu Sənan Zeynalov və qohumum Kavus Beydullayevin oraya gəldiklərini gördüm. Onlar məni Həbib Qəfərovdan aralayaraq yaşadığımız evə apardılar".

"Əzab vermək niyyətim olmayıb"

Təqsirləndirilən şəxs ifadəsinin sonunda deyib ki, Həbib Qəfərovun evinə gedərkən məqsədi ona xəsarət yetirmək olmayıb: "Lakin aramızada münaqişə vardı deyə mənim oraya gəlişimin xoş qarşılanmayacağını düşündüyümdən, lazım gəlsə müdafiə olunmaq üçün özümlə bel götürmüşdüm.

Həbiblə söhbət edərkən, evin həyətində və yaxud evdə kiminsə olmasına fikir verməmişəm, Həbiblə təklikdə heyva ağacının altında söhbət etmişik.

Söhbət zamanı Həbibin qardaşımın onların günahı ucbatından öldüyünə hörmətsizlik etməsi və kənddən çıxmaq tələblərimə məhəl qoymaması məni əsəbləşdirdi. Bu səbəbdən Həbib Qəfərova xəsarət yetirmişəm.

Ona hər hansı formada əzab vermək və ya xüsusi amansızlıqla xəsarət yetirmək niyyətim olmayıb".

"Qohumlarımın xeyir-şərinə ailəmiz gizli gedirdilər"

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Həbib Qəfərov bildirib ki, 2008-ci ilin iyun ayında yaşadığı Dağ Bağırlı kəndində Məcidovlar və Alıyevlərin ailəsi ilə onun ailə üzvləri arasında mübahisə, dava-dalaş olub: "Dalaşma zamanı onların qohumları Zeynalovlar da iştirak etdiblər. Davada Şəfiqə Zeynalovanın oğlu Saleh Zeynalov xəsarət aldıqdan 5 gün sonra vəfat etdi. Həmin hadisəyə görə mən və qardaşım Elçini günahkar bildikləri üçün mənə 3 il, qardaşım Elçinə isə 14 il müddətə azadlıqdan məhrumetmə cəzası verdilər.

Həmin vaxtdan ailə üzvlərimlə Zeynalovların ailəsi arasında düşmənçilik davam etdiyi üçün özümün və qardaşlarım Mirağa, Elçin, Rəşid və Hafizin ailəsi kənddən müvəqqəti olaraq çıxdıq, Şamaxı şəhərinə və digər rayonlara getdik. Bundan sonra həmin dalaşmaya və düşmənçiliyə görə Əhməd və Əmircan Alıyev qardaşları da Şəfiqə Zeynalovanın ailə üzvlərinin təzyiqi ilə kənddən köçdülər.

Zeynalovlar ailəsi ilə aramızda uzun müddətli ədavət olduğu üçün həbsdən azad olduqdan sonra rayonun Dağ Bağırlı kəndindəki evimə bir neçə il gedə bilmədim. Özüm və ailə üzvlərim Şamaxı şəhərində kirayədə yaşadıq. Kənddə yaşayan qohumlarımın xeyir-şər işlərinə ailə üzvlərim gizli gedirdilər".

"Evimizin yaxınlığında post qurdular"

Həbib Qəfərovun ifadəsinə görə, iyulun 20-də ailəsi ilə birlikdə kənddəki evlərinə köçüb və orada yaşamaq qərarına gəliblər: "Ertəsi gün, gecə saatlarında rayonun Dağ Bağırlı kəndində olan evimə oğlanlarım Tural, Səxavət və gəlinim Mehparə ilə birlikdə özümüzə məxsus "VAZ-2106" markalı avtomobil ilə gəldik. Gecəni orada qaldıq. Həmin vaxt Şamaxı rayon polis şöbəsinin əməkdaşları ailə üzvlərimi qorumaq üçün yaşadığımız evin yaxınlığında post qurdular.

İyuıun 22-də, səhər saat 10 radələrində Şamaxı rayon polis şöbəsinin post-patrul xidmətinin əməkdaşları növbənin bitdiyini deyərək evimin qarşısından uzaqlaşdılar. Mən təmizlik işləri gördüyüm vaxt yaşadığım evin həyətinin dalan hissəsinin qapısı qarşısında olan zaman Kavus Beydullayev və Afiq Mənəfovun mənə tərəf gəldiklərini gördüm.

Heyva ağacının yanında olan zaman Sahib məni yerə yıxaraq əlindəki bellə bədənimin müxtəlif hissələrinə vurdu. Həmin vaxt Sahib bellə qarnıma, qoluma, sinəmə və başım zərbələr endirdi. Başımdan qan axmağa başladı, qolum sındı, huşumu itirdim. Özümə gələndə Şamaxı rayon Mərkəzi Xəstəxanasında olduğumu gördüm".

"İstədiyim kəndimizdəki evimə köçüb, sakit yaşamaqdır"

Zərərçəkmiş qeyd edib ki, hadisə heyva ağacının altında baş verib, təxminən 20-25 dəqiqə sürüb: "Hadisəyə səbəbin Zeynalovlar ailəsi ilə aramızda olan uzun müddətli mübahisə və ədavət olduğunu düşünürəm.

Sahib Zeynalovun əlində bel olub, başqa əşya görməmişəm. Onun vurduğu zərbələr nəticəsində başım yarılıb, sol biləyim sınıb. Mənim Sahib Zeynalovla şəxsən heç bir düşmənçiliyim olmayıb. Sahibin qardaşının ölümündə haqsız yerə məni də günahlandırdıqlarından düşmənçilik yaranıb.

Mənim ona qarşı heç bir qəsdi-qərəzliliyim yoxdur. İstədiyim kəndimizdəki evimə köçüb, sakit yaşamaqdır. Sahib Zeynalovun həbs olunmasını istəmirəm, ona qarşı şikayətim yoxdur".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sahib Zeynalov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Sahib Zeynalov apelyasiya şikayəti verib. O, ittiham olunduğu Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsini həmin məcəllənin 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsinə tövsif edilməsini, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsini istəyib.

Sahib Zeynalovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elman Əhmədovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Məhkəmə apelyasiya şikayətinə münasibətdə hökmü dəyişdirib. Sahib Zeynalovun cəzası 6 ilə endirilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssiəsində çəkməsi müəyyən edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İki keçmiş nazir həbs olundu
Qaxda yol qəzası: xəsarət alan var
Evlənmək istəmədiyini deyən özündən 10 yaş kiçik sevgilisini öldürdü - Təfərrüat

WhatsApp-da yeni funksiyalar

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İki keçmiş nazir həbs olundu