Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2938
az

33 yaşlı kişi məktəbli qıza elçi getdi, "yox" cavabı aldığı üçün qızı... - TƏFƏRRÜAT

20:2314 İyun, 2018
4547
KRİMİNAL
  • A
 Ağdaş rayonunda iki nəfər həmkəndliləri olan qadını oğurlayıb.

Oxu24.com xəbər verir ki, iyunun 12-də rayonunun Korarx kəndinin ərazisində, rayon sakini Rövşən Xəlilov Maqsud Mustafayevlə birgə həmkəndlisi C.Abdullayevanı oğurlayıblar.

Korarx kənd sakinlərinin publika.az-a verdiyi məlumata görə, qızı oğurlayan şəxs qonşularıdır. R.Xəlilov C.Abdullayevanı ailə qurmaq məqsədilə qaçırıb.

Sakinlər deyir ki, hadisə 2-3 gün əvvəl baş verib: "Qız hələ 11-ci sinifdə oxuyur, 17 yaşı bu ay tamam olacaq. Onu qaçıran R.Xəlilov isə 1985-ci il təvəllüdlüdür. O, C.Abdullayeva ilə ailə qurmaq üçün elçi düşsə də, qız və ailəsi razı olmayıb. Ondan sonra qızı qaçırmaq qərarı verib. Ailəsinin şikayəti əsasında o, kənd ərazisində saxlanılıb. Qız ailəsinə təhvil verilib".

Maqsud Mustafayev isə kənd sakini deyil. O, qızı qaçırtmaqda R.Xəlilova köməklik edib.
R.Xəlilov və M.Mustafayev Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Daha bir ÜZÜCÜ XƏBƏR: 17 yaşlı Səidi tapmaq olmur
Ər-arvad 5 gün ara ilə intihara cəhd etdi - Qadın öldü
Qaxda avtomobillər toqquşdu, xəsarət alanlar var

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Milli Qəhrəman Əlif Hacıyevin qızları Xocalıda gözyaşlarını saxlaya bilmədilər...(VİDEO)
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
İmişli sakinlərindən 3 tüfəng götürüldü