Bu ilin 10 ayı ərzində narkotiklərlə bağlı 6 792 cinayət faktı aşkarlanıb
19 Noyabr 2026, 16:50
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
2492
21.04.2020, 18:17
Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı əhali arasında tibbi spirtə tələbat kəskin artdığından bəzi “işbazlar” tərəfindən bu məhsulun saxta və insan orqanizmi üçün olduqca mənfi təsir göstərən nümunələrinin hazırlanaraq satışa çıxarılması cəhdlərinə rast gəlinməkdədir.
Oxu24.com xəbər verir ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə tibbi spirt adı altında tərkibində sənayedə istifadə olunan zəhərli metil, izopropil və sair spirtlərin qablaşdırılaraq tibbi spirt adı ilə apteklərə satışa çıxarılması ilə bağlı əməliyyat məlumatları daxil olub. Bu şəxslərin ifşa olunması məqsədi ilə həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində paytaxt sakinləri Alen Məhərrəmov və Ramil Hüseynov tutularaq istintaqa təqdim ediliblər.
Araşdırma zamanı bu şəxslərin Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən sexdə 95%-lik tibbi antiseptik məhlul hazırlayan avadanlıqlar quraşdıraraq üzərinə “Tibbi spirt 95%” sözləri yazılmış qablarda standartlara uyğun olmayan metil və izopropil spirtini qablaşdırdıqları müəyyən olunub. Saxlanılan şəxslər ifadələrində bu spirtlərin Bakı şəhərində fəaliyyət göstərən müxtəlif apteklərdə satışını təşkil etdiklərini etiraf ediblər.
Polis əməkdaşları tərəfindən sexə baxış zamanı eyni üsulla hazırlanmış 672 ədəd 1 litrlik və 420 ədəd 100 ml-lik qablarda hazır spirt, qablaşdırma üçün nəzərdə tutulmuş 5 ton spirt nümunələri və digər maddi sübutlar aşkar olunaraq götürülüb.
Aparılmış laborator analizlər nəticəsində qablaşdırılmış antiseptik məhlulun sənayedə istifadə olunan, zəhərli metil və izopropil spirti olduğu təsdiq edilib.
Qeyd edilən faktla bağlı Baş İdarədə zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.


16:51 / 19 Noyabr 2026
16
16:50 / 19 Noyabr 2026
28
16:48 / 19 Noyabr 2026
31
16:35 / 19 Noyabr 2026
71
16:29 / 19 Noyabr 2026
73
16:24 / 19 Noyabr 2026
77
16:18 / 19 Noyabr 2026
100
16:15 / 19 Noyabr 2026
210
16:12 / 19 Noyabr 2026
70
16:10 / 19 Noyabr 2026
104
16:08 / 19 Noyabr 2026
84
16:02 / 19 Noyabr 2026
103
15:59 / 19 Noyabr 2026
97
15:56 / 19 Noyabr 2026
661
15:54 / 19 Noyabr 2026
115
15:47 / 19 Noyabr 2026
157
15:45 / 19 Noyabr 2026
81
15:41 / 19 Noyabr 2026
112
15:33 / 19 Noyabr 2026
545
15:31 / 19 Noyabr 2026
85
15:27 / 19 Noyabr 2026
89
15:11 / 19 Noyabr 2026
89
15:11 / 19 Noyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.