Bu ilin 10 ayı ərzində narkotiklərlə bağlı 6 792 cinayət faktı aşkarlanıb
19 Noyabr 2026, 16:50
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
659
21.04.2020, 10:05
Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
DSX-dan verilən məlumata görə, son həftə ərzində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının əməkdaşlarının sayıqlığı nəticəsində 17 kq 290 qram narkotik vasitənin və 195 ədəd metadon m40 həbinin, 1 ədəd 9 mm-lik “Maqnum” tapançasının, 1 ədəd tapançaya məxsus daraq və 28 ədəd patronun dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Belə ki,15 aprel tarixində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində iki şəxsin İran İslam Respublikasından Azərbaycan Respulikası istiqamətinə doğru hərəkətini aşkar edən sərhəd naryadı “Dayan” əmrini verib. Geriyə qaçmağa cəhd göstərən sərhəd pozucularını saxlamaq üçün havaya xəbərdarlıq atəşi açılıb və onlar təqib edilərək yaxalanıblar. İran İslam Respublikasının vətəndaşı olan 2 sərhəd pozucusunun üzərinə baxış zamanı 1 kq 725 qram heroin, 1 kq 800 qram marixuana, 1 kq 335 qram tiryək, 400 qram metamfetamin və 195 ədəd metadon m40 həbi aşkar edilərək götürülüb.
Eyni zamanda 19 aprel tarixində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınıb. Sərhəd pozucusu geriyə qaçıb, hadisə yerindən ümumi çəkisi 12030 qram olan narkotik maddə (11355 qram marixuana, 620 qram heroin, 55 qram metafetamin-kristal), 1 ədəd 9 mm-lik “Maqnum” tapançası, 1 ədəd tapançaya məxsus daraq və 28 ədəd patron aşkar olunaraq götürülüb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
16:51 / 19 Noyabr 2026
25
16:50 / 19 Noyabr 2026
36
16:48 / 19 Noyabr 2026
35
16:35 / 19 Noyabr 2026
74
16:29 / 19 Noyabr 2026
74
16:24 / 19 Noyabr 2026
77
16:18 / 19 Noyabr 2026
102
16:15 / 19 Noyabr 2026
222
16:12 / 19 Noyabr 2026
70
16:10 / 19 Noyabr 2026
105
16:08 / 19 Noyabr 2026
87
16:02 / 19 Noyabr 2026
103
15:59 / 19 Noyabr 2026
106
15:56 / 19 Noyabr 2026
682
15:54 / 19 Noyabr 2026
115
15:47 / 19 Noyabr 2026
157
15:45 / 19 Noyabr 2026
82
15:41 / 19 Noyabr 2026
113
15:33 / 19 Noyabr 2026
548
15:31 / 19 Noyabr 2026
86
15:27 / 19 Noyabr 2026
90
15:11 / 19 Noyabr 2026
89
15:11 / 19 Noyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.