Qaynar xətt:

(+99450) 247 90 86

Bərdədə qadının amansız qətli: “Övladları olmayıb, əsas problemləri...”

Bərdədə qadının amansız qətli: “Övladları olmayıb, əsas problemləri...”

KRİMİNAL

642

28.02.2020, 10:21

Bərdə rayonunda qadının amansızlıqla qətlə yetirilməsinin təfərrüatı məlum olub.

oxu24.com   Oxu.Az-a istinadən xəbər verir ki, rayonun Zümürxan kəndində kənd sakini 1962-ci il təvəllüdlü İbadova Tahirə Tofiq qızı yaşadığı evin mətbəxində baş nahiyəsindən aldığı bir neçə zərbədən ölüb.

Onun ölümündə həyat yoldaşı Vahid İbadov şübhəli bilinir.

Zümürxan kənd bələdiyyəsi Qürbət Nuriyev Oxu.Az-a deyilib ki, Vahid usta işləyib:

"Tahirə ilə 10 ilə yaxındır ki, evlidir. Onların uşaqları olmayıb. Kasıblıqla yaşayırdılar. Əsas problemləri kasıblıq olub. Qadının səhhəti ilə bağlı bəzi problemləri vardı”.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.