İmtahandan qayıdan şagirdlər qəzaya düşdü - YARALILAR VAR
26 Aprel 2026, 17:49
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
533
26.02.2020, 12:29
“Fevralın 24-də Babahüseyn Məmmədovun atası mənə xəbər göndərdi ki, sənin qızını oğlum qaçırıb və iş-işdən keçib”.
Bunu Axar.az-a açıqlamasında ötən gün özünü dənizə ataraq intihar edən Tibb Universitetinin tələbəsi Nəzakət Rzazadənin atası Müğdət Rzazadə deyib.
O bildirib ki, qızı intihar edəcəyi barədə qabaqcadan oğlana məlumat verib:
“Qızımın qaçırıldığını biləndə əsəbiləşmişdim. Nəzakət təhsilinə görə beş il Bakıda yaşayıb, semestr imtahanlarını verib, fevralın 3-də rayona gəlmişdi. Ayın 16-da da kənddən özüm qızımı Bakıya yola saldım.
Hadisədən sonra oğlan indi özünə gəlib. Dediyinə görə, guya qızım ona zəng edib, deyib ki, biabır olmuşam, özümü dənizə atmağa gedirəm. Mənim qızım intihar edəcək ağılda deyildi”.
Həmçinin oxuyun
Tibb Universitetinin mətbuat katibi Günel Aslanova da saytımıza açıqlamasında bildirib ki, Nəzakət Rzazadənin qaçırılması barədə onlarda məlumat yoxdur:
“N.Rzazadə normal, oxuyan tələbə olub. Biz də hadisənin şokundayıq. Semestr imtahanlarından sonra ötən həftə dərslərdə də iştirak edib. Davamiyyətində heç bir problem olmayıb. Onu Balahüseyn Məmmədovun qaçırması barədə isə bizdə məlumat yoxdur”.
Qeyd edək ki, mətbuatda Tibb Universitetinin tələbəsi, 1998-ci il təvəllüdlü Nəzakət Rzazadənin bulvarda intihar etməsi və sevgilisi Balahüseyn Məmmədovun onu xilas etmək üçün özünü dənizə atması barədə məlumat yayılmışdı. İntihara ailələrin onların münasibətinə qarşı çıxmasının səbəb olduğu bildirilsə də, qızın ailəsi bunu təkzib etmişdi.
.
19:40 / 26 Aprel 2026
36
19:09 / 26 Aprel 2026
50
19:05 / 26 Aprel 2026
98
18:54 / 26 Aprel 2026
579
18:49 / 26 Aprel 2026
56
18:48 / 26 Aprel 2026
59
18:11 / 26 Aprel 2026
60
17:49 / 26 Aprel 2026
69
17:32 / 26 Aprel 2026
141
17:18 / 26 Aprel 2026
74
17:08 / 26 Aprel 2026
68
16:57 / 26 Aprel 2026
59
16:40 / 26 Aprel 2026
207
16:38 / 26 Aprel 2026
225
16:19 / 26 Aprel 2026
76
16:04 / 26 Aprel 2026
212
15:41 / 26 Aprel 2026
75
11:31 / 26 Aprel 2026
443
11:29 / 26 Aprel 2026
209
00:36 / 26 Aprel 2026
283
00:19 / 26 Aprel 2026
2529
23:40 / 25 Aprel 2026
193
23:22 / 25 Aprel 2026
234
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.