Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
25225
az

Azərbaycanda çay evinin sahibinin öldürülərək basdırılmasının TƏFƏRRÜATI

12:0026 Fevral, 2020
387
KRİMİNAL
  • A

Sumqayıt şəhər 2-ci Polis Bölməsinin əməkdaşları bir neçə gün əvvəl törədilən qətlin üstünü açaraq, əvvəllər məhkum olunmuş şübhəli şəxsi saxlayıblar.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Fevralın 25-də Zeynalabdin Tağıyev qəsəbəsinin 50 yaşlı sakini Eldar Cabbarov Bakıda cinayət axtarış şöbəsinin əməliyyatçıları tərəfindən tutulub. Saxlanılan şəxs istintaq tədbirləri aparılması üçün Sumqayıt Prokurorluğuna təhvil verilib.

Araşdırma zamanı məlum olub ki, E.Cabbarov həmin qəsəbənin “Şirvan” yaşayış massivində yaşayan çay evinin sahibi 43 yaşlı Zaur Mircəfərovun qətlində iştirak edib.

Z.Mircəfərov fevralın 21-də itkin düşüb. Həmin vaxt onun Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən “Qurtuluş - 93” yaşayış massivində olması məlum olub. Burada onunla E.Cabbarov arasında münaqişə yaranıb. Nəticədə o, tapançadan açılan atəş nəticəsində öldürülüb.

Sonra E.Cabbarov zərərçəkmişin meyitini yarımçıq qalmış binanın zirzəmisində basdırıb. Bu barədə hüquq-mühafizə orqanlarına saxlanılan şəxs məlumat verib. Kriminalistlər zərərçəkmişin meyitini təqsirləndirilən şəxsin göstərdiyi yerdə tapıblar.

Bu il yanvarın 21-də E.Cabbarovun hədə-qorxu ilə pul tələb etdiyi üçün axtarışa verildiyi məlum olub. Bundan əlavə, o əvvəllər Cinayət Məcəlləsinin 29,120.1 (qəsdən adam öldürməyə cəhd), 228.1 (qanunsuz odlu silah saxlama), 229.1-ci (qanunsuz odlu silah hazırlama), 221.3-cü (xuliqanlıq) və 234.1-ci (qanunsuz narkotik saxlama) maddələri ilə məhkum edilib.

Z.Mircəfərovun qətli ilə bağlı cinayət işi başlanıb, istintaq davam edir. Qətlin motivi müəyyənləşdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kişini döyüb öldürdülər
Polisin tutduğu 35 yaşlı qadının şok əməli üzə çıxdı
Şəkidə məktəbli intihar edib

Çinin şimalında 6000 illik yaşayış yeri tapılıb

18+

18+ Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Tez-tez sidiyə getmə - Bu təhlükədən xəbər verir
Kişini döyüb öldürdülər